BMT-nin Qubad İbadoğlunun həbsi ilə bağlı xüsusi hesabat hazırladığını və Azərbaycan hakimiyyətinə məsələ ilə bağlı suallar göndərdiyini yazmışdım.
Azərbaycan suallara verdiyi cavabların mayasına elə yalanlar qatıb ki, yatsa, şeytanın da yuxusuna girməz.
1. GUYA qardaşım "Bandotdel"ə çağırış əsasında öz ayağı ilə gedib, GUYA həyat yoldaşı onu tək buraxmaq istəmədiyindən polis idarəsinə könüllü gəlib.
2. GUYA Ombudsman Səbinə Əliyeva bir neçə dəfə təcridxanada qardaşıma baş çəkib;
3. GUYA qardaşım gündə ən azı 2 saat gəzir və ən azı 8 saat yatır;
4. GUYA qardaşım tez-tez tibbi yoxlanısdan kecir və yüksək səviyyəli doktorlar tərəfindən müayinə və müalicə edilir;
5. GUYA qardaşımın saglamlığı ilə bağlı heç bir problemi yoxdur...
VƏ SAİR VƏ İLAXIR, YALANLAR, YALANLAR.
Ancaq BMT Azərbaycanı yaxşı tanıdığından hakimiyyətin cavablarına dair professor Qubad İbadoğlunun ailəsinin rəyini də öyrənib, bütün məsələləri dəqiqləşdirib.
Yalan da bir yerə qədər işləyir.
Ay yalanpərvərlər, maraqlıdır, divar qurtarandan sonra neynəyəcəksiniz?
Qalib Toğrul