CNBC (Consumer News and Business Channel) telekanalının saytında “Azərbaycan COP29 sammitinin keçirilməsi üçün regional dəstəyə nail oldu” (Azerbaijan wins regional backing to host COP29 climate summit) başlıqlı yazı dərc olunub.

Məqalədə ötən şənbə günü COP29 sammitinin keçirilməsi üçün Şərqi Avropa ölkələrinin dəstəyini alan Azərbaycanın prosesi uğurla yekunlaşdırdığı yazılır.

Məqalədə Azərbaycanda insan haqlarının bərbad vəziyyətdə olmasına da diqqət yetirilib, sammitin Azərbaycanda keçirilməsinin legitimliyi məsələsinə toxunulub. Yazının son hissəsi bütövlükdə London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun qanunsuz həbsinə həbs olunub və professorun həbsdən azad olunması üçün ABŞ Dövlət Departamentinin, ATƏT-in, Avropa Birliyinin atdığı addımlar barədə məlumat verilib.

“Biz Azərbaycana imkan verə bilmərik ki, COP29-dan istifadə edib, ölkədə insan haqları və söz azadlığı sahəsində olan dəhşətli vəziyyəti ört-basdır etsin.”, bunu isə “Ödədiyini açıqla” (Publish What You Pay) beynəlxlaq təşkilatının nümayəndəsi Joe Bardwell deyib.

O, əlavə edib ki, “Azərbaycan böyük neft istehsalçı kimi ünvanına deyilən tənqidlərə qulaq asmalıdır”.