180 günə yaxındır ki, Azərbaycanın dünya şöhrətli alimi Qubad İbadoğlu qondarma ittihamlarla həbsdə saxlanılır. Bu uzun (üzücü) müddətdə dünyanın – demokratik dövlətlərin, azad akademik dairələrin, tanınmış ictimai təşkilatların Azərbaycanın böyük oğluna verdiyi dəstəyi əks etdirən xronologiyanı (şübhəsiz, unutduqlarım da vardır) təqdim edirəm.
Qoy, tarix üçün - gələcək üçün burada qalsın.
AZƏRBAYCANDA QANUNSUZ HƏBS OLUNAN
LONDON İQTISAD MƏKTƏBİNİN VƏ DREZDEN TEXNİKİ
UNİVERSİTETİNİN PROFESSORU QUBAD İBADOĞLUNA
VERİLƏN DƏSTƏK AKSİYLARI
(24 İYUL 2023- 12 YANVAR 2024)
- 24 iyul 2023-cü il. Şəffaflıq və hesabatlılıq sahəsində tanınmış beynəlxalq təşkilat – “Crude Accountability” professor Qubad İbadoğlunun qanunsuz həbsindən narahatlığını ifadə edən bəyanat yayıb.
- 24 iyul 2023-cü il. ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı Amerikanın Səsinə açıqlama verib.
- 25 iyul 2023-cü il. Human Rights Watch professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı bəyanat verib.
- 27 iyul 2023-cü il. ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın Azərbaycandakı səfirlikləri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıb.
- 27 iyul 2023-cü il. Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsü (EITI - Extractive Industries Transparency Initiative) beynəlxalq İdarə Heyətinin sonuncu və sonuncudan əvvəlki üzvləri bəyanat imzalayaraq professor Qubad İbadoğlununun dərhal azadlığa buraxılmasına çağırıblar. İmzalayanlar: CSOs EITI Board members 2023-2026 - Yessica Prieto Ramos, Vanessa Cueto, Mariya Lobacheva, Diana Kaissy, Olena Pavlenko, Tamika Halwiindi, Matthieu Salomon, Aliou Ba Coulibaly, Kossi (Pius) Kougblenou, Clancy Moore; CSOs EITI Board members 2019-2023: Cesar Gamboa, Oleksiy Orlovsky, Daniel Kaufmann, Simon Taylor, Oscar Pineda, Brice Mackosso, Mtwalo Msoni).
- 27 iyul 2023-cü il. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) dəstək məqsədilə professor Qubad İbadoğlu ilə müqaviləni daha 2 il uzatdığını bildirib.
- 31 iyul 2023-cü il. Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsü (EITI - Extractive Industries Transparency Initiative) professor Qubad İbadoğlunun səhhətindən narahatlığını ifadə edib və onun dərhal azad olunmasını tələb edib.
- 5 avqust 2023-cü il. Azərbaycanın 75 tanınmış ziyalısı Qubad İbadoğlunun həbsdən azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
- 6 avqust 2023-cü il. Washington Post Qubad İbadoğlunun həbsi ilə bağlı “Azərbaycanda ailə hakimiyyəti güclənir. Qubad İbadoğlu azad edilməlidir” başlıqlı məqalə dərc edib.
- 6 avqust 2023-cü il. Human Rights Watch professor Qubad İbadoğlunun səhhətindən, saxlanma şəraitindən narahatlığını ifadə edən bəyanat yayıb: Azərbaycan: Demokratiyanın müdafiəçisinin həbsi. Tanınmış alim və ictimai fəal Qubad İbadoğlunu azad edin. (Azerbaijan: Arrest of Democracy Advocate. Release Gubad Ibadoghlu, renowned academic and activist).
- 16 avqust 2023-cü il. BMT İnsan Haqları Ofisi (The Office of the High Commissioner for Human Rights (UN Human Rights)) Qubad İbadoğlunun təcili azad olunmasını tələb edib.
- 21 avqust 2023-cü il. Drezden Texnologiya Universitetinin rektoru Prof. Dr. Ursula Staudinger Azərbaycan Prezidentinə professor Qubad İbadoğlunun azad olunması xahişi ilə məktub yazıb.
- 21 avqust 2023-cü il. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin Cənubi Qafqazla İş Nümayəndəliyinin sədri Marina Kaljuranda ve Avropa Parlamentinin daimi məruzəçisi Zeljana Zovko Avropa Parlamentinin Xarici İşlərl Komitəsi adından bəyanat veriblər: "Biz Azərbaycanı Qubad İbadoğluna lazımi tibbi yardım göstərməyə və onu dərhal azad etməyə cağırırıq".
- 22 avqust 2023-cü il. "Amnesty International" Qubad İbadoğlunun müdafiəsi üçün kampaniyaya başlayıb
- 24 avqust 2023-cü il. Avropa Şurasının Parlament Assambleyasının Siyasi məhbuslar üzrə əsas məruzəçisi Sunna Ævarsdóttir (İslandiya) azərbaycanll alim, ADR Partiyasının sədri Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.
- 24 avqust 2023-cü il. ABŞ-ın daha bir senatoru (Senator Ben Cardin) şərlənərək həbs olunmuş dünya şöhrətli alim Qubad İbadoğlunun müdafiəsinə qoşulub.
-28 avqust 2023-cü il. İsveçin nüfuzlu "Dagens ETC" ("Bu gün") qəzeti uydurma ittihamlarla həbs edilmiş professor Qubad İbadoğlunun müdafiəsinə həsr etdiyi yazını birinci səhifədə manşetdən verib.
-28 avqust 2023-cü il. Daha bir senator Dick Durbin Qubad İbadoğlunun təcili azad olunmasını tələb edib.
- 2 sentyabr 2023-cü il. Almaniyanın Drezden şəhərinin nüfuzlu nəşri www.saechsische.de
dünya şöhrətli alim, professor Qubad İbadoğlu haqqında geniş məqalə dərc edib.
- 5 sentyabr 2023-cü il. Almaniyada Federal Kanslerin evinin önündə azərbaycanlı mühacirlərin etiraz aksiyası keçirilib.
- 5 sentyabr 2023-cü il. Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq professor Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.
- 5 sentyabr 2023-cü il. ABŞ Konqresinin İnsan hüquqları komissiyası LSE-nin professoru Qubad İbadoğlunun həbsi ilə bağlı dinləmələr təşkil edəcəyini bildirib. Bu prosesdə Qubad İbadoğlunun vəkilliyini Respublikaçılar Partiyasından Chris Smith-in edəcəyi qeyd olunub.
- 5 sentyabr 2023-cü il. Daha 3 konqresmen (KEAN, CONNOLLY, KEATİNG) professor Qubad İbadoğlunun müdafiəsinə qalxıb, Azərbaycan hakimiyyətini onun hüquqlarına hörmət etməyə çağırıb.
- 8 sentyabr 2023-cü il. "Amnesty International" təşkilatının saytında "Azərbaycan: Hakimiyyət tanınmış alimi dərhal azad etməlidir" başlıqlı yazı yerləşdirilib.
- 12 sentyabr 2023-cü il. Professor Qubad İbadoğlunun 52 yaşının tamam olması münasibətilə dünyanın 52 şəhərində etiraz aksiyası keçirilib. Ölkələr: ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan, İsveç və sair.
- 12 sentyabr 2023-cü il. Norveç Helsinki Komitəsi Qubad İbadoğlunu müdafiə edən bəyanat yayıb.
- 12 sentyabr 2023-cü il. "Open Democracy" Beynəlxlaq Müstəqil Mətbuat Platforması saxta ittihamlarla həbs olunmuş professor Qubad İbadoğlunun 52-ci ad günündə ona xüsusi məqalə həsr edib.
- 12 sentyabr 2023-cü il. "People İn Need" professor Qubad İbadoğlunun ad gününü təbrik edib və onu dərhal azad etməyə çağırıb.
- 12 sentyabr 2023-cü il. "Amnesty Sweden" Qubad İbadoğlunun müdafiəsinə qoşulub.
- 12 sentyabr 2023-cü il. "Publish What You Pay"in (Ödədiyini açıqla) professor Qubad İbadoğlunun ad günü münasibətilə başlatdığı "Qubad İbadoğluna azadlıq" kampaniyasına 20-dən çox ölkədən reaksiyalar gəlib.
- 12 sentyabr 2023-cü il. "Amnesty Hungary" saxta ittihamlarla həbs olunmuş dünya şöhrətli alim, professor Qubad İbadoğlunun müdafiəsinə qoşulub.
- 12 sentyabr 2023-cü il. "Crude Accountability" professor Qubad İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
- 12 sentyabr 2023-cü il. Human Rights Watch Qubad İbadoğlunun 52-ci ad günündə xüsusi kampaniya başladıb.
- 12 sentyabr 2023-cü il. Vaşinqtonda professor Qubad İbadoğlunun qanunsuz həbsinə etiraz olara aksiya keçirilib. Aksiyada Freedom Now, Crude Accountability, Amnesty USA kimi nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. "Amerikanın səsi" mitinqi canlı yayımlayıb.
- 12 sentyabr 2023-cü il. Böyük Britaniya Parlamentində professor Qubad İbadoğlu ilə bağlı "Risk altında olan alimlər" adlı dinləmələr keçirilib. Deputatlar Jeremy Corbyn və Ser Julian Lewis bildirirblər ki, İngiltərə hökuməti Qubad İbadoğunun dərhal azad olunmasına kömək etməlidir.
- 13 sentyabr 2023-cü il. Strasburqda, Avropa Parlamentində saxta ittihamlarla həbs olunmuş Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı dinləmələr keçirilib. Avropa Parlamentinin aşağıdakı deputatları insan haqlarını kobud şəkildə pozan azərbaycanlı məmurlara Maqnitski aktına uyğun olaraq sanksiya qoymağı təklif ediblər:
Nathalie Loiseau, Petras Auštrevičius, Malik Azmani, Nicola Beer, Izaskun Bilbao Barandica, Olivier Chastel, Katalin Cseh, Bernard Guetta, Svenja Hahn, Karen Melchior, Javier Nart, Urmas Paet, Dragoş Pîslaru, Frédérique Ries, María Soraya Rodríguez Ramos, Ramona Strugariu, Dragoş Tudorache, Hilde Vautmans.
- 13 sentyabr 2023-cü il. "Rights2all" (Hər kəs üçün hüquqlar) təşkilatı professor Qubad İbadoğlunun işində beynəlxalq araşdırmanı zəruri hesab edib və ona qarşı təşkil olunmuş məhkəmə prosesinin ədalətliliyini və şəffaflığını şübhə altına alıb və professoru dərhal azad etməyə çağırıb.
- 14 sentyabr 2023-cü il. Avropa parlamenti "Azərbaycanda həbsdə olan professor Qubad İbadoğlunun işi ilə bağlı qətnamə"ni 539 səs LEHİNƏ, 24 səs bitərəf və 6 səs əleyhinə olmaqla böyük səs çoxluğu ilə qəbul edib: “Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azad olunsun!”
Cəmi iştirak edən deputat sayı: 569.
- 14 sentyabr 2023-cü il. Qubad İbadoğlunun tərəfdarları bu gün onunla həmrəylik nümayiş etdirmək və onun dərhal azad olunmasına çağırış səsləndirmək üçün "Amnesty International"ın mənzil-qərargahına toplaşıblar.
- 14 sentyabr 2023-cü il. ABŞ Dövlət Departamentinin mətbuat sözçüsü Spokesperson Mattew Miller: "Mən yenə deyirəm ki, biz həmişə Azərbaycan hökumətini Qubad İbadoğlunu dərrhal azad etməyə çağırmışıq. Hökumətə açıq şəkildə çağırış edirik ki, Qubad İbadoğlunu azad edin!"
- 15 sentyabr 2023-cü il. Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşri professor Qubad İbadoğlunun qanunsuz həbsinə məqalə həsr edib.
- 17 sentyabr 2023-cü il. Yeni Zelandiyanın keçmiş baş naziri Helen Clark Qubad İbadoğluna azadlıq tələb edib.
- 18 sentyabr 2023-cü il. ABŞ Senatının Beynəlxlaq münasibətlər üzrə məsul şəxsi, ABŞ Helsinki Komissiyasının rəhbəri, tanınmış hüquq müdafiəçisi, senator Ben Kardin və Senator Tim Keyn (Kaine) Senatda Qubad İbadoğlunu müdafiə edən çıxışlar ediblər.
- 19 sentyabr 2023-cü il. Şərq Tərəfdaşlığı Vətəndaş Forumu Beynəlxalq Platforması
Qubad İbadoğlunun dərhal azad olunmasını tələb edib.
- 20 sentyabr 2023-cü il. Avropa Birliyinin İnsan hüquqları üzrə xüsusi nümayəndəsi (EU Special Representative for Human Rights) Eamon Gilmore professor Qubad İbadoğluna azadlıq tələb edib.
- 21 sentyabr 2023-cü il. Avropa Məhkəməsi Qubad İbadoğlu ilə bağlı iddiani təmin edib
Və 41-ci qayda üzrə onun işində prioritet hüququnu tanıyıb.
- 26 sentyabr 2023-cü il. ADR Partiyası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qarşısında "Qubad İbadoğluna azadlıq", "Ofisimizə giriş qadağasını qaldırın", ADR-ə aid sənədləri geri qaytarın" tələbləri ilə piket keçirib.
- 29 sentyabr 2023-cü il. ABŞ-da sağçıların nəşri kimi tanınan 19fortyfive.com
saytı tanınmış iqtisadçı professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı məqalə dərc edib.
- 02 oktyabr 2023-cü il. İsveçrənin nüfuzlu www.srf.ch
nəşri Qubad İbadoğlunun həbsindən yazıb.
- 04 oktyabr 2023-cü il. Publish What You Pay (Ödədiyini Açıqla) professor Qubad İbadoğlunun dərhal azad olunması tələbi ilə bəyanat yayıb.
- 05 oktyabr 2023-cü il. ATƏT-in təşkilatçılığı ilə keçirilən "Warsaw Human Dimension Conference"ının "Fundamental azadlıqlar" plenar sessiyasında London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi müzakirə olunub.
- 05 oktyabr 2023-cü il. Almaniyanin Xarici işlər Nazirliyinin Bonn şəhərində yerləşən ofisinin önündə professor Qubad İbadogluna və digər siyasi məhbuslara azadlıq tələb ilə aksiya keçirilib.
- 07 oktyabr 2023-cü il. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (Richard Kauzlarich) Twitter-də erməni separatçılarının liderlərindən biri David Babayana istintaq dövründə yaradılan şəraitdən Qubad İbadoğlu üçün də yaradılmasını tələb edib.
- 09 oktyabr 2023-cü il. İnsan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilat olan "Crude Accountability" ATƏT-in Varşavada keçirilən tədbirində dünya şöhrətli alim, professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı xüsusi aksiya keçirib.
- 11 oktyabr 2023-cü il. Avropa Şurasında "Professor Qubad İbadoğlunun qanunsuz həbsi və Azərbaycanda siyasi məhbuslar" mövzusunda müzakirə keçirilib. Tədbirin çıxışçıları:
1. Thórhildur Sunna (Avropa Surasının siyasi məhbuslar üzrə məruzəçisi)
2. Pieter Omtzigt (Hollandiyalı deputat)
3. Gerald Knaus (Kürü diplomatiyası üzrə tanınmış tədqiqatçı, ISE beyin mərkəzinin təsisçisi)
- 12 oktyabr 2023-cü il. ABŞ-ın Nyu-York şəhərində New University in Exile Consortium dünyanın nüfuzlu akademik dairələrinin və insan haqları təşkilatlarının təmsilçilərinin iştirakı ilə dünya şöhrətli alim, London İqtisad Məktəbinin (LSE) professoru Qubad İbadoğlunun qanunsuz həbsinə etiraz və həmkarlarına həmrəylik nümayiş etdirmək üçün tədbir keçirib. Mindən çox iştirkçının qeydiyyatdan keçdiyi tədbirdə aşağdakı nüfuzlu şəxslər çıxış ediblər:
1. Harvard Universitetinin professoru Steven Pinker
2. Kaliforniya Berkli (Berkeley) Universitetinin professor Judith Butler
3. Mərkəzi Avropa Universitetinin (Central European University) sabiq prezidenti Michael Ignatieff
4. Human Rights Watch-un sabiq icraçı direktoru Kenneth Roth.
- 16 oktyabr 2023. London İqtisad Məktəbində (LSE) professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı müzakirə keçirilib.
- 16 oktyabr 2023. Böyük Britaniyanın Cherwell.org
saytı professor Qubad İbadoğlunun müdafiəsi prosesinə qoşulmayan Oksford Universiteti ilə bağlı araşdırma aparıb, universiteti Azərbaycanın hakim ailəsi ilə maliyyə işbirliyində ittiham edib.
- 20 oktyabr 2023. ABŞ-ın "The Daily Targum" nəşri "Redaktora məktub" rubrikasında professor Qubad İbadoğlunun Rutgers Universitetinin tələbəsi olan kiçik oğlu Emin Bayramlının yazısını dərc edib.
- 20 oktyabr 2023. ABŞ Derartamentinin rəhbərinin köməkçisinin Qafqaz və Cənubi Avropa ölkələri üzrə müavini (Deputy Assistant Secretary of State overseeing policy for Southern Europe and the Caucasus) Josh Huck Azərbaycan Prezidenti ilə görüşdən sonra professor Qubad İbadoğlunun vəkilləri ilə müzakirə aparıb.
- 24 oktyabr 2023. Böyük Britaniya parlamenti London İqtisad Məktəbinin (LSE) professoru Qubad İbadoğlunun qanunsuz həbsini müzakirəyə çıxarmaq məqsədilə qətnamə üçün vəsatət (Motion for a resolution) hazırlayıb.
- 25 oktyabr 2023. “Crude Accountability” BP-ni götürdüyü öhdəliklərini yerinə yetirmək və professor Qubad İbadoğlunun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmək üçün Azərbaycanda olan yüksək nüfuzundan istifadə etməyə çağırıb.
- 26 oktyabr 2023. İsveçin xarici işlər naziri Tobias Billstrom Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edib.
- 27 oktyabr 2023. Açıq Hökumət Tərədaşlığı (OGP - Open Government Partnership) Rəhbər Komitəsi şərlənərək həbs olunmuş professor Qubad İbadoğlunun müdafiəsi ilə bağlı bəyanat yayıb.
- 27 oktyabr 2023. “Crude Accountability” professor Qubad İbadoğlunun qanunsuz həbsinə susan BP-yə qarşı kampaniya başladıb: “90 gündən çox bir vaxt keçir, Azərbaycana ən böyük xarici investisiya qoyan BP hələ də professor Qubad İbadoğlunun qanunsuz həbsinə və işgəncə faktlarına susur”.
- 31 oktyabr 2023. Oktyabrın əvvəlində Varşavada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (Organization for Security and Co-operation in Europe) təşkilatçılığı ilə keçirilən insan haqları konfransında qəbul edilən yekun qətnamənin mətni açıqlanıb: "Biz Azərbaycan hakimiyyətini əksəriyyətin siyasi məhbus hesab etdikləri insanları, o cümlədən səhhəti sürətlə pisləşən Qubad İbadoğlunu dərhal azad etməyə çağırırıq."
- 1 noyabr 2023. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Müller keçirdiyi brifinqdə deyib: "Biz əvvəlki kimi Qubad İbadoğlunun həbsindən çox narahatıq və onun sağlamlağının sürətlə pisləşməsi xəbərlərindən böyük həyəcan keçiririk. Biz dəfələrlə Azərbaycan hakimiyyətini İbadoğlunu dərhal azad etməyə çağırmışıq”.
- 1 noyabr 2023. Bundestaqın Drezden Seçki Dairəsindən deputatı Rasha Nasr Qubad İbadoğlunun ailəsi ilə əlaqə yaradaraq dünya şöhrətli professorun siyasi həbsi məsələsini parlamentin İnsan hüquqları Komitəsində müzakirə çıxarılmasının təşəbbüskarı olacağını deyib.
- 1 noyabr 2023. İnsan hüquqlarının müdafiəsi sahəsində tanınmış beynəlxlaq təşkilatlar- “Tom Lantos Human Rights Commission” və “World Movement for Democracy” professor Qubad İbadoğlunun qanunsuz həbsinin 100-cü gününə təsadüf edən Siyasi məhbuslar günündə dünyanın nüfuzlu universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuş Qubad İbadoğlunu qeyd-şərtsiz azad etməyə çağırıb.
- 1 noyabr 2023. ABŞ-ın Nyu-Cersi ştatının nüfuzlu Patch.com
nəşri professor Qubad İbadoğlunun Azərbaycanda qanunsuz həbs olunması ilə bağlı məqalə dərc edib.
- 5 noyabr 2023. ABŞ-ın Nyu-Cersi ştatını təmsil edən 9 konqresmen və 1 senator Dövlət Katibi Antoni Blinkenə (Antony John Blinken) müraciət edib. Müraciətdə Azərbaycanda şərlənərək həbs olunmuş Rutgers Universitetinin keçmiş professoru Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunması məqsədilə ABŞ-ın bütün diplomatik kanalları işə salması və beynəlxalq tərəfdaşlarla sıx işləməsi üçün çağırış edilib.
- 5 noyabr 2023. ABŞ-ın Nyu-Cersi ştatının ən nüfuzlu nəşri www.nj.com
dünya şöhrətli alim, London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı məqalə dərc edib
- 6 noyabr 2023. ABŞ-ın nüfuzlu 1945 (www.19fortyfive.com
) nəşrinin tanınmış analitki Michael Rubin son 40 gündə Azərbaycanda qurama ittihamlarla həbs olunmuş professor Qubad İbadoğlu ilə bağlı ikinci məqaləsini yazıb.
- 6 noyabr 2023. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Siyasi Məhbuslar üzrə Xüsusi Nümayəndəsi, ABŞ-ın Nümayəndələr Palatasının Helsinki Komissiyasının üzvü, konqresmen Steve Cohen 30 oktyabr Siyasi Məhbuslar Günü ilə bağlı açıqlamasında professor Qubad İbadoğluun qeyd-şərtsiz və dərhal azadlığa buraxılmasını tələb edib.
- 10 noyabr 2023. “Junior Faculty Development Program”ının (JFDP) Balkan ölkələrindən olan 2009-cu il məzunları (28 alim) Xorvatiyanın paytaxtı Zaqrebdəki ABŞ səfirliyinə məktubla müraciət edərək JFDP-dən onlarla birgə məzun olmuş London İqtisad Məktəbinin (LSE) professoru Qubad İbadoğlunun həbsdən azad olunmasına köməklik göstərməsini xahiş ediblər.
- 13 noyabr 2023. “Crude Accountability” professor Qubad İbadoğlunun qanunsuz həbsinə susan BP-yə açıq məktub yazıb.
- 14 noyabr 2023. BP şirkəti Qubad İbadoğlunun həbsinə münasibət bildirib: “Əgər bizim fəaliyyətimizlə bağlı deyilsə, biz, adətən, işlədiyimiz ölkələrdə hüquqi/məhkəmə proseslərinə şərh vermirik. Professor Qubad İbadoğluna gəlincə, biz onun sağlamlıq vəziyyəti ilə bağlı eşitdiklərimizdən təəssüf hissi keçirir və ümid edirik ki, bu məsələ tezliklə beynəlxlaq insan hüquqları normasına və milli qanunvericiliyə uyğun olaraq həll olunacaq”.
- 14 noyabr 2023. Dünyada şəffaflıq və hesabatlıq sahəsində fəaliyyət göstərən 91 təşkilat professor Qubad İbadoğlunun azad olunması ilə bağlı birgə bəyanat yayıb.
- 14 noyabr 2023. Bundestaqın deputatları Lars Rohwer və Kassem Taher Saleh professor Qubad İbadoğlunun müdafiəsinə qalxaraq Azərbaycanın Berlindəki səfirinə məktubla müraciət ediblər.
- 15 noyabr 2023. Dünyanın 24 şəhərində ingilis dilində 400 min tirajla nəşr olunan gündəlik “Financial Times” qəzeti Azərbaycanda şərlənərək həbs olunmuş dünya şöhrətli alim, London İqtisad Məktəbinin və Drezden Texnik Universitetinin professoru Qubad İbadoğluna məqalə həsr edib.
- 15 noyabr 2023. Böyük Britaniya insan hüquqlarından bəhs edən 44-cü Universal Dövri Hesabatını açıqlayıb: “Professor Qubad İbadoğlunun həbsi bir daha Azərbaycanda ifadə və toplaşmaq azadlığının məhdudlaşdırıldığını təsdiq edir və biz bundan çox narahatıq”.
- 15 noyabr 2023. ABŞ Konqresində Qarabağla bağlı keçirilən dinləmələrdə iştirak edən ABŞ Dövlət Departamenti katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’brien qurama ittihamlarla 4 ay öncə Azərbaycanda həbs olunmuş dünya şöhrətli azərbaycanlı alim Qubad İbadoğlundan danışıb: “Professor Qubad İbadoğlunun məsələsi bizim üçün əhəmiyyətli, prioritet məsələdir, o azadlığa çıxanadək biz bu məsələni qaldıracağıq. Mövzusundan asılı olmayaraq Azərbaycanla aparılan bütün danışıqlarda Qubad İbadoğlunun məsələsi mütləq gündəliyə salınmalıdır”.
- 15 noyabr 2023. ABŞ Konqresinin Avropa altkomitəsinin üzvü, konqresmen Bill Keating deyib: “Biz bu gün bura Qarabağ məsələsini müzakirə etməyə gəlmişik, ancaq həm də Qubad İbadoğlu haqda danışmağa yığışmışıq. Qubad İbadoğlu dünyada məşhur iqtisadçı alimlərdən biridir, Azərbaycanda onun hüquqları pozulub və o, qanunsuz olaraq həbs edilib. Bugünkü dinləmədə Dövlət Departamentindən bu məsələ ilə bağlı nələr edəcəyini, onu həbsdən necə azad edəcəyini öyrənmək istəyirik".
- 15 noyabr 2023. Konqresmen Jim Costa ABŞ Konqresində Azərbaycanda şərlənərək həbs olunmuş London İqtisad Məktəbinin və Drezden Texnik Universitetinin professoru Qubad İbadoğlundan danışıb: “Mən Qarabağdan danışmazdan öncə professor Qubad İbadoğlu haqqında danışmaq istəyirəm. Dünya şöhrətli alim qanunsuz olaraq Azərbaycanda həbs edilib. Dövlət Departamenti Qubad İbadoğlunun azadlığı üçün əlindən gələni etməlidir”.
- 15 noyabr 2023. Konqresmen Brad Schneider Qubad İbadoğlunun dərhal azad olunmasını tələb edib.
- 16 noyabr 2023. Noyabrın 14-16-da Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Baş Assambleyasının 15-ci illik toplantısında Qubad İbadoğlunun həbsi müzakirə olunub və onun qeyd-şərtsiz azad olunması tələbi yekun qətnaməyə salınıb.
- 17 noyabr 2023. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin mətbuat katibi Pеter Stano tanınmış alim və müxalifət lideri Qubad İbadoğlunun həbsinin 7 aya qədər uzadılmasından təəssüfləndiyini bildirib: “Biz Azərbaycan hakimiyyətini Qubad İbadoğluna lazımi tibbi yardım göstərməyə və dərhal azad etməyə çağırırıq”.
- 20 noyabr 2023. ABŞ senatorları və konqresmenləri (9 senator və 11 konqresmen) dövlət katibi Antony Blinkenə müraciət edərək Azərbaycanda qanunsuz həbs olunmuş professor Qubad İbadoğlunun azadlığa çıxması üçün qəti addımar atmağı xahiş ediblər.
- 22 noyabr 2023. Böyük Britaniyanın Avropa üzrə naziri cənab Leo Docherty Azərbaycanda səfərdə olarkən professor Qubad İbadoğlunun azad olunması ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə aparıb.
- 29 noyabr 2023. Dünyada korrupsiyaya qarşı mübarizə aparan ən böyük platformalardan biri - “Ödədiyini açıqla” təşkilatı (PWYP) professor Qubad İbadoğlu və ailəsi ilə həmrəy olduğunu nümayiş etdirmək üçün beynəlxlaq kampaniya başladıb.
- 29 noyabr 2023. ABŞ-ın Prezidenti olmuş oğul Buşun adını daşıyan “George W. Bush Presidential Center” tanınmış iqtisadçı, London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi ilə məqalə dərc edib.
- 29 noyabr 2023. Amnesty Eastern Europe & Central Asia (AmnestyEECA) Azərbaycanda qondarma ittihamlarla həbs olunmuş London İqtisad Məktəbinin professoru, tanınmış iqtisadçı Qubad İbadoğlunun müdafiəsi ilə bağlı aksiya keçirib.
30 noyabr 2023-cü il. “Amnesty İnterantional” professor Qubad İbadoğlunun müdafiəsi ilə bağlı kampaniyasını yeniləyib.
30 noyabr 2023. ABŞ-ın “Washington examiner” saytı professor Qubad İbadoğlunun qanunsuz həbsindən yazıb.
02 dekabr 2023. “Washington Post”un dərc etdiyi “Onlar Azərbaycandakı korrupsiya haqqında həqiqəti danışdılar. Hazırda həbsdədirlər” (They reported the truth about corruption in Azerbaijan. Now they’re in prison) başlıqlı yazıda professor Qubad İbadoğlunun da qanunsuz həbsinə yer verilib.
- 03 dekabr 2023. Drezden Texnik Universiteti professor Qubad İbadoğluna dəstək məqsədilə onunla bağladığı müqaviləni daha 2 il uzatdığını açıqlayıb.
- 03 dekabr 2023. Böyük Britaniyanın nüfuzlu Oksford Universiteti dünya şöhrətli alim, professor Qubad İbadoğlunun saxta ittihamlarla qanunsuz həbsi ilə bağlı müzakirə keçirib.
- 08 dekabr 2023. BBC World News şərlənərək həbs olunmuş London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun qızı Jalə Bayramovadan müsahibə götürüb.
- 09 dekabr 2023. İsveç Amnesty International təşkilatı 9 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə İsveçin müxtəlif şəhərlərində London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun azad olunması şüarı ilə aksiya keçiriblər.
- 10 dekabr 2023. Dünyanın ən böyük xəbər agentliyi olan “Röyters” (Reuters) “Azərbaycan COP29 iqlim sammitinin keçirilməsi istiqamətində regional dəstək əldə edib” başlıqlı yazıda Qubad İbadoğlunun həbsinin tədbirin legitimliyini şübhə altına aldığını yazıb.
- 10 dekabr 2023. Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları, vəkil və media nümayəndələri Azərbaycan prezidentinə müraciət ediblər, müraciətdə digər siyasi məhbuslarla birgə professor Qubad İbadoğlunun da azad olunmasına çağırış edilib.
- 11 dekabr 2023. BMT-nin Korrupsiyaya qarşı konvensiyasına üzv dövlətlərin konfransının 11-15 dekabr 2023-cü il tarixlərində Atlantada (ABŞ) keçirilmiş 10-cu sessiyasında London İqtisad Məktəbinin və Drezden Texnik Universitetinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi dəfələrlə müzakirə mövzusu olub. Sessiyanın davam etdiyi 5 gündə Qubad İbadoğlunun saxta ittihamlarla həbsdə saxlanılmasına 6 məruzəçi münasibət bildirib. Professor Qubad İbadoğlunun dərhal azad edilməsi BMT-nin konfransının yekun qətnaməsinə də daxil edilib.
- 12 dekabr 2023. “Amnesty International” təşkilatı “Azərbaycan: həbsdə olan alimin səhhəti pisləşib – Qubad İbadoğlu” (Azerbaijan: Jailed academic’s health deteriorates: Gubad Ibadoghlu) başlığı altında yeni kampaniyaya start verib.
- 12 dekabr 2023. “Amnesty Avstriya”nın professor Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı başlatdığı petisiyanı bir neçə gündə 3 mindən çox adam imzalayıb.
- 14 dekabr 2023. Sloveniya radiosu London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun oğlu İbad Bayramovdan atasının qanunsuz həbsi ilə bağlı müsahibə alıb.
- 14 dekabr 2023. BMT-nin müxtəlif məsələlər üzrə xüsusi məruzəçiləri (Mary Lawlor - Special Rapporteur on the situation of human rights defenders, Matthew Gillett - Vice-Chair on communications of the Working Group on Arbitrary Detention, Irene Khan - Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression, Clement Nyaletsossi Voule - Special Rapporteur on the rights to freedom of peaceful assembly and of association, Tlaleng Mofokeng - Special Rapporteur on the right of everyone to the enjoyment of the highest attainable standard of physical and mental health) Azərbaycan hakimiyyətinə məktub yazaraq London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi, saxlanma şəraiti, səhhəti və digər məsələlərlə bağlı suallara cavab istəyiblər.
- 15 dekabr 2023. Məşhur Clooney Foundation London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun saxta ittihamlarla həbsi ilə bağlı prosesi yaxından izləyərək Trial watch hesabatı hazırlayacağını açıqlayıb.
- 17 dekabr 2023. Neft, qaz və digər faydalı qazıntılarla zəngin ölkələrdə gəlirlərin dayanıqlı və inkluziv inkişafa yönəldilməsi sahəsində tanınmış müstəqil təşkilat - Təbii Resursların İdarəolunması İnstitutu (The Natural Resource Governance Institute) öz səhifəsində "COP28-in bağlanışı: Aşağı gəlirli neft ölkələri üçün təhlükələr və perspektivlər" adlı geniş məqalə dərc edib və "Qubad İbadoğlunu azad edin!" çağırışını səsləndirib.
- 18 dekabr 2023. Azərbaycana sanksiya tətbiq etməyi nəzərdə müvafiq qanun layihəsi müzakirə edilməsi məqsədilə Nyu-Cersi ştatının Senatının müvafiq komitəsinin təqviminə salınıb. Sanksiyalarla bağlı qanun layihəsini demokrat senator Andrew Zwicker hazırlayıb.
- 22 dekabr 2023. 22-31 dekabr 2023-cü il tarixlərində dünyanın dörd bir yanında – ABŞ-da, Böyük Britaniyada, Niderlandda, Almaniyada, Xorvatiyada, Türkiyədə və digər ölkələrdə nüfuzlu universitetlərdə çalışan 40-a yaxın alim-professor Qubad İbadoğluna yenil il təbriklərini göndəriblər.
- 23 dekabr 2023. ABŞ Konqresinin komissiyası (Tom Lantos Human Rights Commission) 23 iyul 2023-cü ildə Azərbaycanda qanunsuz həbs olunan Qubad İbadoğlu ilə bağlı çağırış edib.
- 23 dekabr 2023. Məlum olub ki, Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisu Lise Christoffersen (Norveç) noyabrda Bakıda olarkən Lise Christoffersen London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin qanunsuz həbsdə saxlanılan professoru Qubad İbadoğlu ilə görüşməyə cəhd edib. Lakin Qubad İbadoğlunun sağlamlığının kritik həddə olduğunu bilən və hər vəchlə bunu gizlətməyə çalışan Azərbaycan hakimiyyəti görüşün baş tutmasına umkan verməyib.
- 28 dekabr 2023.Məşhur Bloomberg saytı dünyadakı siyasi məhbuslara böyük bir məqalə həsr edib. Məqalə London İqtisad Məktəbinin və Drezden Tezxniki Universitetinin professoru Qubad İbadoğlu ilə başlayır və məqalənin böyük bir hissəsi onun barəsindədir.
- 30 dekabr 2023. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünyanın nüfuzlu universitetlərində çalışan azərbaycanlı alim və tədqiqatçılar professor Qubad İbadoğlunun azadlığa buraxılması xahişi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
- 30 dekabr 2023. BMT-nin İnsan hüquqları üzrə xüsusi məruzəçisi və digər ekspertləri “Azərbaycan: Hüquq müdafiəçisi, doktor Qubad İbadoğlunun və xanımının qanunsuz təqibi və həbsi” adlı hesabat hazırlayaraq təşkilatın səhifəsinə yerləşdiriblər.
-10 yanvar 2024. Princeton Universitetinin Ceyms D. Vulfenson adına Perspektiv Tədqiqatlar Mərkəzinin sosial elmlər üzrə professoru Didier Fassin ABŞ-ın Nyu-Cersi Ştatından olan xanım konqresmen Bonnie Wastona Azərbaycanda şərlənərək həbs olunmuş professor Qubad İbadoğlunun məsələsinin ABŞ Konqresində müzakirə olunması və təcili olaraq ona həkim ayrılması ilə bağlı müraciət edib.
- 11 yanvar 2024. Japantimes.co.jp saytı Bloomberg-in analitikinin dünyadakı siyasi məhbuslarla bağlı geniş məqaləsini təkrar dərc edib. Məqalənin böyük bir hissəsi London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğluna həsr olunub.
- 12 yanvar 2024. CNBC (Consumer News and Business Channel) telekanalının saytında “Azərbaycan COP29 sammitinin keçirilməsi üçün regional dəstəyə nail oldu” (Azerbaijan wins regional backing to host COP29 climate summit) başlıqlı yazı dərc olunub. Məqalədə professor Qubad İbadoğlunun qanunsuz həbsinə geniş yer ayrılıb.
Qalib Toğrul (Qubad İbadoğlunun qardaşı)