Bakı İstintaq Təcridxanasında professor Qubad İbadoğlunun qanunvericiliklə tanınan 10-dan çox hüququnun pozulduğu barədə dəfələrlə yazmışam. Onlardan biri də kitabların qəbuluna qoyulan qadağadır. Verdiyimiz kitablar günlərlə “öyrənilir”, “araşdırılır”.

Qardaşım məcburiyyətdən təcridxananın kitabxanasındakı kitablarla kifayətlənməli olur. Burada da bir “əmma” var ki, qardaşımın kitabxanaya girişinə məhdudiyyət qoyulub, üstəlik seçim hüququ da yoxdur, istədiyi kitabları ona vermirlər. Yalnız özlərinin məsləhət bildikləri kitabları oxumaq üçün təklif edirlər. Bu günədək qardaşım təcridxanada 40-dan çox kitab oxuyub. Onlardan bəziləri uşaqlıq illərində, bəziləri gəncliyində, bəziləri isə daha sonrakı illərdə oxuduğu kitablardır, təkrar oxumaq məcburiyyətində qalıb. Məsələn, Mayn Ridin “Başsız atlı”sını uşaqlıqda, Andrey Palatonovun “Can”ını, Cəmil Əlibəyovun “Mənim analı dünyam” əsərini, Bəxtiyar Vahabzadənin “Seirləri”ni gəncliyində, Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabını yaxın keçmişdə oxuyub. Qubad İbadoğlunun məhbəsdə oxuduğu kitabların siyahısı 1. Samuel Hantinqton, “Sivilizasiyaların toqquşması” 2. Yuval Noah Harari, “Sapiens: Bəşəriyyətin qısa tarixi" 3. Klaus Kreiser, “Atatürk” 4. Orhan Pamuk, “Məsumiyyət muzeyi” 5. Corc Oruel, “1984” 6. Qriqori Petrov, “Ağ zanbaqlar ölkəsi” 7. Frans Kafka, “Məhkəmə” 8. Ceyms Oldriç, “Diplomat” 9. Viktor Frankl, “Həyatda “hə” demək” 10. Robert Qrin, “Hakimiyyətin 48 qanunu” 11. Alber Kamyu, “Çöküş” 12. Herman Hesse, “Muncuq oyunu” 13. Ernest Seton-Tompson, “Seçilmiş əsərləri” 14. Dan Brown, “Yalan nöqtəsi” 15. Vulf Dorn, “Psixiatr” 16. Ceyms Coys, “Ölülər” 17. Mayn Rid, “Başsız atlı” 18. Artur Şopenhauer, “Yer üzünün əsilzadələri” 19. Tomas Vulf, “Ölüm - məğrur qardaş” 20. Daniel Keelman, “Dünyanın arşını” 21. Oliver Saks, “Arvadını şlyapa zənn edən adam” 22. Andrey Platonov, “Can” 23. Aleksandr Kuprin, “İnsan qənimi” 24. Alber Kamyu, “Hə ilə yox arasında” 25. Corc Oruell, “Boğuluram” 26. William Golding, “Milçəklər tanrısı” 27. Aleksandr Puşkin “Kapitan qızı” 28. Antonio Tabukki, “Pereyra iddia edir” 29. Nida Hərəkatı, “Dissidentlər” 30. Negel Kavtern, “Tiranlar” 31. Daron Acemoğlu və Ceyms Robinson, “Millətlər niyə tənəzzül edir” 32. Cəmil Əlibəyov, “Mənim analı dünyam” 33. Bəxtiyar Vahabzadə, “Seçilmiş əsərləri” 34. Rövşən Abdullaoğlu, “Relslər üzərində uzanmış adam” 35. Rövşən Abdullaoğlu, "Bu şəhərdə kimsə yoxdur" 36. Məmməd Süleymanov, “Ədəbi portretlər” 37. Əhməd Ağaoğlu, “Sərbəst insanlar ölkəsində” 38. John Grisham, “Rogue Lawyer” 39. Janet Evanovich, "Look Alive Twenty-Five" 40. Stanley Karnow “Paris in the fifties” 41. «Шахматы»

Qalib Toğrul

May be an image of 1 person, the Reichstag Dome and the Brandenburg Gate