Bugünədək 23 iyul 2023-cü ildə Bakıda şərlənərək həbs olunmuş London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun pozulmuş hüquqlarının bərpası məqsədilə vəkillərin vəsatəti əsasında 29 məhkəmə prosesi baş tutub, 2-si təxirə salınıb. Onlardan yalnız birində verdiyimiz şikayət qismən təmin olunub (18 avqust 2023, Apellyasiya Məhkəməsi), digərlərinin hamısında vəsatətlər rədd olunub.

Qubad İbadoğlunun məhkəmələri (tam siyahı):
1. 28.07. 2023. Nərimanov rayon Məhkəməsi professor Qubad İbadoğlunun evində keçirilmiş axtarışın qanunsuzluğundan verilən şikayəti təmin etməyib.
2. 01.08.2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib.
3. 02.08.2023. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun evində keçirilmiş axtarışın qanunsuzluğunu təmin etməyən Nərimanov Rayon Məhkəməsinin qərarından verilən vəsatəti rədd edib.
4. 11.08.2023. Nərimanov rayon məhkəməsi professor Qubad İbadoğlunun qeydiyyatda olduğu mənzildə aparılmış axtarışın qanunsuzluğu ilə bağlı vəkillərin şikayətini təmin etməyib.
5. 14.08.2023. Nərimanov Məhkəməsi ailəsi ilə görüş, övladları ilə telefon danışığı hüququnu təmin etməyib.
6. 18.08.2023. Apellyasiya Məhkəməsi ailəsi ilə görüş, övladları ilə telefon danışığı hüququnu qismən təmin edib.
7. 18.08.2023. Nərimanov Rayon Məhkəməsi professor Qubad İbadoğlunun son 2 ildə olmadığı ofisdə aparılan axtarışın qanunsuz olması barədə verilmiş şikayəti rədd edib.
8. 21.08.2023. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun son 2 ildə olmadığı ofisdə aparılan axtarışın qanunsuz olması barədə Nərimanov Məhkəməsinin rədd qərarını qüvvədə saxlayıb.
9. 01.09. 2023. Nərimanov Məhkəməsində professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin şikayətinə baxılmasını təxirə salıb.
10. 02.09. 2023. Nərimanov Məhkəməsi Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin vəsatətini rədd edib.
11. 07.09.2023. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
12. 08.09.2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun görüş hüququnun qanunsuz məhdudlaşdırılması ilə bağlı vəkillərin verdiyi şikayəti rədd edib.
13. 15.09. 2023. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun ailə üzvləri ilə görüş hüququnun məhdudlaşdırılması ilə bağlı vəkillərin şikayətini təmin etməyən Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
14. 19.09.2023. Nərmanov Məhkəməsi professor Qubad İbadoğlunun müalicə və müayinəsinin gecikdirilməsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tibbi sənədlərin gec və yarımçıq təqdim olunması ilə bağlı vəkillərin şikayətinə baxmağı təxirə salıb.
15. 22.09. 2023 Nərimanov Məhkəməsində professor Qubad İbadoğlunun 2 gün əvvəl təxirə salınmış prosesi baş tutub, şikayət təmin edilməyib.
16. 29.09.2023. Nərimanov Rayon Məhkəməsi vəkillərin ADR Hərəkatının Nərimanov rayonunda yerəşən ofisin möhürlənməsindən verilən şikayəti rədd edib.
17. 02.10.23. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun evindəki axtarışın qanunsuzluğundan vəkillərin verdiyi şikayəti rədd edib.
18. 09.10.23. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun lazımi tibbi yardımla əhatə olunmaması ilə bağlı şikayətini təmin etməyib.
19. 26.10. 2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin şikayətini təmin etməyib.
20. 27.10.2023. Sabunçu Rayon Məhkəməsində Qubad İbadoğlunun vəkillərlə telefon əlaqəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı vəkillərin Bakı İstintaq Təcridxanasından verdiyi şikayəti rədd edib.
21. 3.11. 2023. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayəti rədd edib.
22. 6.11.2023. Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs və vəkillərinin iştirakını təmin etməyərək qanunsuz həbs olunmuş Qubad İbadoğlunun vəkillərlə telefon danışığı hüququnun pozulması barədə şikayətə baxıb və vəsatəti təmin etməyib.
23. 14.11. 2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş öfisin açılması ilə bağlı vəkillərin şikayətini təmin etməyib.
24. 16.11.2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun həbs müddətinin uzadılmasını təmin edib.
25. 22.11.2023. Bakı Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun həbs müddətinin uzadılmasından vəkillərin şikayətini təmin etməyib.
26. 05.12.2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətini rədd edib.
27. 19.12.23. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin vəsatətini təmin etməyib.
28. 22.12.2023. Bakı Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun vəkillərinin verdikləri vəsatəti rədd edib.
29. 28.12.2023. Bakı Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin Nərimanov Məhkəməsinin qəaraından verdiyi vəsatəti rədd edib.
30. 29.12.2023. Nərimanov Məhkəməsi professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin vəsatətini rədd edib.
31. 10.01.24. Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından vəkillərin verdiyi vəsatəti təmin etməyib.

Qalib Toğrul
(Qubad İbadoğlunun qardaşı)