Bu gün təqvim hesabı ilə London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun şərlənərək həbs olunmasından 6 ay keçir. Qardaşım ötən il, iyulun 23-də polis tərəfindən xüsusi zorakılıq tətbiq edilməklə həbs olunub.
Ötən 6 ayda qardaşımın günahsızlığını sübuta yetirmək üçün kimlər bu prosesə qoşulmadı...
Coğrafi mənada dünyanın bir ucundan o biri ucunadək - Şərqi Timordan Peruyadək – yerləşən dövlətlər, beynəlxlaq təşkilatlar, akademik dairələr, nüfuzlu şəxslər qardaşımın müdafiəsinə qalxdılar.
Avropa Parlamenti qardaşımla bağlı xüsusi qətnamə qəbul edərək, onun dərhal azad olunmasını tələb etdi.
Avropa İnsan Hüquqları Məhkəməsi qardaşımın işini növbədənkənar icraata qəbul edərək Azərbaycan hakimiyyəti üzərinə onun səhhəti ilə bağlı təxirəsalınmaz müayinə və müalicələrin aparılması və mütəmadi olaraq bu barədə Məhkəmənin məlumatlandırılması vəzifəsini qoydu.
ABŞ Dövlət Departamenti və əksər Avropa ölkələri (Almaniya, Böyük Britaniya, İsveç, Fransa və sair) Qubad İbadoğlunun azad olunması üçün Azərbaycan hakimiyyəti ilə müxtəlif səviyyələrdə (xarici işlər naziri və xarici siyasət müşavirindən Prezidentədək) kommunikasiyaları başlatdı və bugünədək davam etdirir.
İnsan haqları sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu təşkilatlarının təmsilçiləri –
The Office of the UN High Commissioner for Human Rights,
The EU Special Representative for Human Rights,
The Tom Lantos Human Rights Commission (USA),
The Organization for Security and Cooperation in Europe
günahsız yerə məhbəsdə çürüdülən qardaşımın azad olunması ilə bağlı konkret və qəti mövqe ortaya qoydular.
İnsan haqları, hesabatlılıq, anti-korrupsiya və şəffaflıq sahəsində özünü təsdiq etmiş beynəlxlaq təşkilatlar -
Amnesty International
Crude Accountability
Publish What You Pay
Human Rights Watch
Extractive Industries Transparency Initiative
World Movement for Democracy
Open Government Partnership
Rights2all
Clooney Foundation
Norwegian Helsinki Committee
Open Democracy
People İn Need
Natural Resource Governance Institute
qardaşımın günahsız olması və dərhal həbsdən azad edilməsi ilə bağlı onlarla aksiya keçirdilər, petisiya imzaladılar, bəyanat verdilər.
Dünyanin ən reytinqli universitetlərinin -
University of North Carolina at Chapel Hill
Duke University
Princeton University
Rutgers University
London School of Economics and Political Science
Oxford University
alimləri professor Qubad İbadoğlu ilə həmrəy olduqlarını bildirdilər, dərhal azad edilməsini tələb etdilər.
Bunlar qardaşımın müdafiəsi ilə bağlı həyata keçirilən fəaliyyətlərin hamısı deyil, qısa xülasəsidir.
Sonuncu istintaq hərəkəti ötən il oktyabrın 6-da keçirilən, heç bir əsas, sübut olmadan saxta ittihamlarla 6 aydır ki, Kürdəxanı həbsxanasının soyuq, havasız kamerasında saxlanılan qardaşımın azadlığa buraxılması üçün daha nələr edilməlidir ki?!
Qalib Toğrul