
Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi ilə bağlı Almaniya Bundestaqının deputatı Frank Schwabe (2024-cü il qış sessiyasının dünənki açılış iclasında Azərbaycan nümayəndə heyətinin mandatını mahiyyət üzrə (on essential grounds) mübahisələndirən) Twitter-də yazıb:
“Avropa Şurası məruzəçisinin Azərbaycana sərbəst giriş imkanı yoxdur. Yeri gəlmişkən, həbsxanaya da. İndi də seçkilərin müşahidə olunmasına dəvət gəlmədi. Bütün bunlara görə məsuliyyət AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzərinə düşür.”
Zəruri qeyd: Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisu Lise Christoffersen (Norveç) noyabrda Bakıda olarkən London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin qanunsuz həbsdə saxlanılan professoru Qubad İbadoğlu ilə görüşməyə cəhd etsə də, Azərbaycan hakimiyyəti buna icazə verməmişdi.
Frank Schwabe “həbsxanaya da girişimiz yoxdur” dedikdə, Qubad İbadoğlu ilə görüşə icazə verilməməsini nəzərdə tutur.
Qalib Toğrul