Cümə günü Demokratiya və Rifah Partiyasının fəalları Rusiyanın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar Qarabağa sülhməramlı kimi gətirilən rus qoşunlarının çıxarılmasını tələb ediblər.

Aksiya iştirakçıları “İşğalçı rus ordusu, Qarabağdan çıx!” plakatlarını qaldırıblar.

İştirakçılar Azərbaycan və Ukraynanın bayraqlarını qaldıraraq “Rədd olsun işğalçı qoşunlar!” şüarını səsləndiriblər.

Onlar Ukraynaya qarşı müharibəni “soyqırım” adlandırıblar.

“Rusiya ordusu Xocalı faciəsini, “Qanlı yanvar”ı törədib. Onları Azərbaycana dəvət edənlər xalq qarşısında açıqlama verməlidirlər. Nə qədər ki Rusiya ordusu qalacaq, işğal bitməyəcək”, - etirazçılar bildiriblər.

Polis səfirliyə gedən yolda iştirakçıların qarşısını kəsib. Nümayişçilər Azərbaycan hökumətinin əleyhinə şüarlar səsləndirməyə başlayanda polis onları dağıdıb, iki iştirakçını - Nizami Haqverdiyev və Hüseyn Məliki saxlayıb