Bu gün Londonda, dünyanın aparıcı, çox nüfuzlu siyasi institutlarından olan Chatham House - da Azərbaycandakı siyasi vəziyyət və 7 fevral Prezident seçkiləri məsələsi müzakirə olunub. Chatham House-un qaydalarına əməl edərək iştirakçıların adlarını yazmıram. Müzakirədə 20-yə yaxın şəxs - Böyük Britaniya hökumətinin nümayəndələri, akademik dairələrin təmsilçiləri və Azərbaycan üzrə ekspertlər iştirak ediblər.

Ölkədəki siyasi həbslər, azad mətbuata hücumlar, müstəqil qeyri-hökumət təşkilatlarının sıradan çıxarılması və COP29-un Bakıda keçirilməsi perspektivləri əsas müzakirə mövzusu olub.

Dəyirmi masada 3 çıxışçı olub, onlardan ikisi çıxışlarında əsasən London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professorunun qanunsuz həbsindən danışıb.