O, bu barədə özünün X platformasındakı hesabında yazıb:
"Azərbaycan hökumətinin jurnalistlərə hücumu, müxalifləri qanunsuz həbs etməsi və transmilli repressiyalardan istifadə etməsi antidemokratik taktikadır.
Bakı COP29-dan əvvəl beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və təzyiqləri dayandırmalıdır".
Qeyd edək ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycana iki həftə ərzində təqribən 70-80 min xarici qonağın gələcəyini bildirib.
Azərbaycanda son 2 ay ərzində 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalistlər ittihamı qəbul etmir və həbslərinin fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.