Mütəşəkkil Cinayətkarlığın və Korrupsiyanın Araşdırılması Mərkəzi (Organised Crime and Corruption Reporting Project, OCCRP) öz səhifəsində London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professor Qubad İbadoğlunun həbsi ilə bağlı məqalə dərc edib. Məqalədə professorun ABŞ-ın Rutgers Universitetində təhsil alan oğlu Emin Bayramlının da fikirlərindən sitifadə olunub.
Məqalənin xülasəsini təqdim edirəm:
“Hər şeydən çox atamın gündəlik telefon zəngləri üçün darıxıram.”, Qubad İbadoğlunun Rutgers Universitetində oxuyan 21 yaşlı oğlu Emin Bayramlı belə deyir: “Atamın zəngləri yadıma düşəndə gözlərim yaşarır, çox darıxıram bu zənglər üçün. İmtahan sessiyasından öncə tez-tez zəng edərdi, soruşardı ki, pulun varmı, isti geyinmisənmi, bu gün kofe içmisənmi”
Hazırda doktor İbadoğlu, ailəsinin dediyinə görə, istintaq dövründə həyatı üçün təhlükəli şəraitdə saxlanılır. Qubad İbadoğlu Azərbaycandakı repressiyaların başlanğıc mərhələsində, ötən il iyulun 23-də xüsusi zorakılıqla saxlanılıb.
“O, 2 il idi ki, Böyük Britaniyada yaşayırdı, Azərbaycana xəstə anasına baş çəkməyə gəlmişdi”, Emin belə deyir: “Bu şəxsi səfər idi, siyasi xarakter daşımırdı.”
Hakimiyyət İbadoğlunu saxta pul kəsməkdə və dini ekstremizmdə ittiham edir. Bəzi məlumatlara görə, onun ofisindən 40 min dollar götürülüb. İstintaq dövründə Qubad İbadoğlunun səhhəti kəskin pisləşib. Professor yüksək şəkərdən zəiyyət çəkir, başqa xəstəlikləri də var, oğlu Emin atasının xəstəliklərinin ensiklopedik təfərrüfatlarını belə xatırlayır: “Atamın ürəyindəki aortanın kökü 37 mm-dən 45 mm-dək böyüyüb. Bu sentyabrın göstəricidir. İndi hansı səviyyəyə çatıb, xəbərimix yoxdur. Atam II qrup şəkər xəstəsidir. Bir neçə ay öncə onun dərmanları qurtarmışdı. Kənar həkimlərin atamı müayinə etməsinə icazə vermirlər. Beynəlxlaq Qızıl Xaç onu 3 dəfə ziyarət etmək istəyib, imkan verməyiblər.”
Eminin fkrincə, atasını iqtisadi araşdırmalarına görə həbs ediblər. İbadoğlu hakimiyyəti kəskin tənqid edirdi ki, Azərbaycan nəhəng enerji resurslarını boş yerə istismar edir.
İbadoğlu bir araşdırmasında yazırdı:
«Böyük xərcləmələrə baxmayaraq Azərbaycanın regionda iqtisadi lider kimi rolu azalır, ölkə əhalisi isə keyfiyyətsiz sosial xidmətlərdən və yxosulluqdan əziyyət çəkir. Neft və qaz gəlirləri Azərbaycana nə rifah, nə də demokratiya gətirdi».
Emin danışır ki, atası bu işin təhülkəli olduğunu bilə-bilə araşdırmalarını davam etdirirdi: “Prezident atamı yaxşı tanıyır, onun atam barəsində köməkçilərindən nəsə soruşmağa ehtiyacı yoxdur”.
QEYD: OCCRP-nin saytı məhkəmə qərarı olmadan Azərbaycanda bloklandığından məqalənin linki açılmır. Ancaq xüsusi texniki vasitələrlə linkə daxil olmaq mümkündür. Bunu nəzərə alaraq şərhdə məqalənin linkini paylaşıram.