“Amnesty International” rəsmi veb səhifəsində “Azərbaycan: Seçki öncəsi repressiyalar güclənir” başlıqlı yazı dərc edib. Məqalədə Azərbaycanda vətəndaş cəmiyyətinə və azad mətbuata olan təzyiqlərdən, qanunun aliliyinə məhəl qoyulmamasından, siyasi məhbusların ailələrinə olan təzyqilərdən geniş bəhs olunur:

“2023-cü ilin uyulun 23-də tanınmış iqtisadçı və siyasi fəal Qubad İbadoğlu saxta ittihamlarla həbs olunub.”

Yazının sonunda “Amnesty International” Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin, fəalların, siyasi rəqiblərin, hüquq müdafiəçilərinin və onların ailələrinin təqib olunmasını dayandırmağa, həbsdə olanları azad etməyə çağırıb.