Toplum TV xəbər verir ki, bunu Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindeman Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, bu seçkidə sürprizlə qarşılaşmayıb, yenə də insanlar dəstə-dəstə seçkiyə gətirilib həqiqi rəqabətə imkan verilməyib və azad mediaya şərait yaradılmayıb.
"İlham Əliyev illər ərzində daha da avtoritar olur. Düzdür ölkədə indikindən daha çox siyasi məhbusun olduğu dövr olub. Amma məsələ burasındadır ki, onun daha insanları əvvəlki qədər həbs etməyə ehtiyacı yoxdur. Amma ölkədə 200-dən çox siyasi məhbus var. Onun daha çox adam həbs etməməsinin səbəbi odur ki, vətəndaş cəmiyyəti əvvəlki kimi aktiv deyil. İndi Əliyev üçün indi ən böyük təhlükə azad mediadır. Yeni dönəmində onun üçün təhlükə azad media olacaq. Odur ki, İlham Əliyev media nümayəndələrini həbs etməkdə davam edir", - Azadlıq Radiosu Berit Lindemandan sitat gətirib.
Qeyd edək ki, sonra dövrlərdə Azərbaycanda çox sayda jurnalist həbs olunub. Hökumət isə heç bir jurnalisti peşə fəaliyyətinə görə həbs etmədiyini deyir.