Ötən həftəyədək qardaşım gündə bir dəfə 22 vahid insulin vururdu. Vəziyyətin çıxılmaz olduğunu görən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu insulinin dozasını və vurulma tezliyini artırıb: Gündə 2 dəfə, 14 və 12 vahid.

Qeyd edim ki, həbs olunan günədək qardaşım insulindən istifadə etməyib, gündə 1 dəfə 750 mq-lıq Metformin qəbul edib. İndi insulinlə yanaşı, qəbul etdiyi tabletkaların da dozası və tezliyi iki dəfədən çox artırılıb.

Qardaşımın səhhətinin kəskin pisləşməsini yerli və beynəlxalq ictimaiyyətdən gizlətmək, onun təcridxanadankənar əlaqəsini minimuma endirmək üçün Penitensiar Xidmət əlindən gələni edir. Bu qurum Beynəlxalq Qızıl Xaçın Azərbaycan nümayəndəliyinin əməkdaşlarının qardaşımla görüşünə qeyri-rəsmi qadağa qoyub.

Ötən həftə Qızıl Xaçın nümayəndələri yenə Bakı İstintaq Təcridxanasında olublar, ancaq rəhbərlik onların qardaşımı ziyarət etməsinə imkan verməyib.

Sizə Qızıl Xaçın Bakıda saxlanılan ermənilərlə bağlı rəsmi məlumatını təqdim edirəm:

"2023-cü ildə Beynəlxalq Qızıl Xaçın xətti ilə Azərbaycanda saxlanılan ermənilər dünyanın müxtəlif ölkələrində yaşayan qohumları ilə 660 dəfə audio-video məlumat, telefon danışığı və məktub vasitəsilə əlaqə saxlayıblar, Qızıl Xaç dəfələrlə onlara baş çəkib, saxlanma şəraitləri və sağlamlıq vəziyyətləri ilə tanış olub".

Erməniyə olar, qardaşıma yox?!

Qalıb Toğrul

May be an illustration of 1 person