Bu gün ADR nümayəndə heyətinin Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin ofisində nümayəndəliyin rəhbərinin müavini, Siyasi məsələlər və insan hüquqları şöbəsinin müdiri Zoltan Szalai və həmin şöbənin məsul şəxsi xanım Annalisa Qiansanti ilə görüşü keçirildi.

Görüşdə ADR İH-nin üzvləri Ellada Memmedli, Ədalət Yusub və ADR Gənclər TK-nin sədri Elşən Orucov iştirak edirdi.

7 aydır şərlənərək həbs edilmiş ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həbsinin gerçək səbəbləri və 7 fevralda keçirilən növbədənkənar prezident seçkisi əsas müzakirə mövzuları oldu.

Görüş çox səmimi və işgüzar şəraitdə keçdi.