PROFESSOR QUBAD İBADOĞLU ÜÇÜN ZAMAN TÜKƏNIR, NƏ ETMƏK FİKRİNDƏSİNİZ?

İsveç parlamentinin deputatı Erik Hellsborn London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun azad olunması və son günlər səhhətinin kritik şəkildə pisləşməsi ilə bağlı İsveç xarici işlər naziri Tobias Billströma sorğu ünvanlayıb.

Sorğunun tam mətnini təqdim edirəm:

- Ötən ilin iyulundan azərbaycanlı hüquq müdafiəçisi professor Qubad İbadoğlu çirkli pulların yuyulması ittihamı ilə həbsdə saxlanılır. Amnesty International onu vicdan məhbusu sayır, Avropa Parlamenti isə onun azad olunması ilə bağlı qətnamə qəbul edib. Hələki bu çağırışlar cavabsız qalıb. Əksinə repressiv Azərbaycan rejimi müxalif fikirli insanların təqib olunmasını gücləndirib. Sülh və Demokratiya İnstitutunun hesabatına görə, ölkədə siyasi məhbusların sayı bir ildə 2 dəfədən çox artıb.

Professor Qubad İbadoğlu üçün zaman tükənir. Onunla görüşə icazə verilən yeganə kənar şəxs – vəkili bildirib ki, professorun səhhəti çox pisləşib. Ona adekvat tibbi yardım göstərilmir, yalnız ən elementar ehtiyacları və bəzi dərmanlar təmin olunur. İbadoğlunun ailəsi ehtiyat edir ki, əgər lazımi müalicə tədbirləri görülməsə, o, çox yaşaya bilməyəcək.

Beynəlxlaq aləm, o cümlədən İsveç Azərbaycanın repressiv rejiminə təzyiq etməli və göstərməlidir ki, insan hüquq və azadlıqlarının bu şəkildə pozulması yolverilməzdir.

Bütün bunlarla bağlı mən İsveçin xarici işlər nazirindən soruşmaq istəyirəm:

Professor Qubad İbadoğlunun azad edilməsi və ya onun adekvat tibbi yardımla əhatə olunması üçün İsveç hökuməti nə etmək fikrindədir?

Sorğunun orijinalı (ingiliscəsi) şərhdə

Qalıb Toğrul