Böyük Britaniya parlamentinin deputatı Margaret Hodge xarici işlər naziri David Camerona məktub yazaraq professor Qubad İbadoğlunun sağlamlığının kəskin pisləşməsindən narahatlığını bildirib və onun azadlığa çıxması üçün Böyük Britaniya hökumətini əlindən gələni etməyə çağırıb.

Margaret Hodge Twitter-də yazır:

“Bu gün mən David Camerona yazdım və xahiş etdim ki, London İqtisad Məktəbinin professoru, antikorrupsiya kampaniyası fəalı Qubad İbadoğlunun tibb yardımla əhatə olunması üçün ona kömək göstərməyi xahiş etdim.

Biz korrupsiya faktlarını ifşa edənləri qorumaq üçün əlimizdən gələni etməliyik".

Məktubda Qubad İbadoğlunun həbsi, səhhəti, saxlanma şəraiti və ona qarşı saxta ittihamlar haqda qısa məlumat verilir və sonda professorun azadlığa çıxması istiqamətində konkret addımlar atılmasına çağırış edilir:

"Ən əsası, mən Sizi Qubad İbadoğlunu qeyri-insani şəraitdə saxlayan və ədalətli məhkəmə mühakiməsinə çıxışını məhdudlaşdıranlara qarşı səlahiyyətləriniz daxilində olan bütün vasitələrdən, o cümlədən insan haqları və korrupsiyaya görə sanksiyalardan istifadə etməyə çağırıram”.