London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun qızı, insan hüquqları müdafiəçisi Jalə Bayramova Çexiya mətbuatına atasının həbsi ilə bağlı geniş müsahibə verib. Müsahibədə Jalə Qubad İbadoğlunun xüsusi zorakılıqla həyata keçirilən qanunsuz həbsi, təcridxana şəraitində qeyri-insani rəftara və işgəncəyə məruz qalması, sağlamlığının krtiki şəkildə pisləşməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin Qubad İbadoğlunun sağlamlığı ilə bağlı qərar verməsi, Azərbaycanda insan haqlarının vəziyyəti və azad sözə hücumlar barədə danışıb.
Müsahibdən bəzi hissələri təqdim edirəm:
- Biz Azərbaycan hakimiyyətinə atamın müstəqil həkim tərəfindən müayinə olunması, özəl tibb müəssisəsinə köçürülməsi xahişi ilə saysız məktublar göndərmişik. Onun nəinki özəl klinikaya, heç dövlət müalicə müəssisəsinə də yerləşdirmirlər. İlk həftələr o, içməli sudan belə məhrum edilmişdi və dərmanları verilmirdi. London həkimləri, əgər dərmanları vaxtına qəbul etməzsə, atamın insult keçirməsi təhlükəsi barədə xəbərdar edirdilər.
Atamın şəkərli diabeti var, o görmə qabiliyyətini itirir. Eyni zamanda, ürəyində ciddi problemləri var.
- Freedom House-un hesabatına görə, Azərbaycan insan haqlarının vəziyyətinə görə Rusiya, Belorus və İrandan geri qalır, hazırda ölkədəki durum Türkmənistandakı vəziyyətə daha çox yaxındır. Ancaq bununla belə Azərbaycanın hələ də Avropa Birliyi ilə yaxşı iqtisadi münasibətləri var. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, Avropa Birliyi ölkələri ilə neft-qaz təchizatı sahəsində müavilələr imzalanıb, Böyük Britaniya ilə böyük ticarət əlaqələri var.
- Azərbaycan Avropada obrazlı olaraq “Kürü diplomatiyası” adlandırılan xarici siyasət yeridir. O Avropa Birliyinin çoxsaylı məmurlarını, jurnalistləri, deputatları rüşvətlə ələ alıb. Bu gün İtaliya və Almaniyada Azərbaycan hökumətinin “rüşvətə öyrətdiyi” bəzi deputatlara qarşı cinayət işi qaldırılıb. 2023-cü ildə hətta İsveç jurnalistlərinin Azərbaycan tərəfindən pulla alınması ilə bağlı xəbərlər yayılmışdı.
- Təəssüf ki, dünya Rusiyayla davrandığı kimi Azərbaycanla davranmır, sanksiyalar tətbiq etmir. Düzdür, Qubad İbadoğlunun həbsindən sonra Nyu-Cersi Ştatı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihədə Azərbaycan şirkətlərinə və vətəndaşlarına sanksiya tətbiq edilməsi təklif olunur.
- Azərbaycan BMT-nin iqlim dəyişkiliyi üzrə COP29 konfransını keçirməyə hazırlaşır, ölkədə mütəmadı “Formula 1” yarışları keçirilir, bütün bunlar hazırkı hakimiyyətə legitimlik verir.
Müsahibənin linki şərhdə