Apellyasiya Məhkəməsi professor Qubad İbadoğlunun vəkillərinin daha bir vəsatətini rədd etdi: Bakı İstintaq Təcridxanası tərəfindən qardaşımın vəkillərlə telefon danışığına qoyulmuş qadağa qüvvədə qaldı.

Bu gün qardaşım səhhətinin kəskin pisləşməsi səbəbindən məhkəməyə gətirilməmişdi. Hazırda ona Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində sistem köçürülür. Qardaşımın Müalicə Müəssisəsinə köçürülməsinə icazə verməyən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Qubad İbadoğlunun üzünə duran Fazil Qasımova "Sentral"da sanatoriya şəraiti yaradıb.

Bügünkü məhkəmə qardaşım həbs olunandan sonra keçirilmiş 35-ci proses idi.