Mən hələ ötən il, sentyabrın əvvəllərində Azərbaycandakı diplomatik korpuslara müraciətimdə Bakı İstintaq Təcridxanasında qardaşımın yarımcan hala salınmasına çalışıldığını yazmışdım. O zaman mənim narahatlığım lazım olan qədər diqqət görmədi. Ancaq Navalnının şübhəli ölümündən sonra qardaşımın həyatına təhdidin nə qədər real olduğu etiraf edildi və bu, beynəlxlaq və yerli səviyyədə çox həyəcanlı reaksiyalar doğurdu.

Bir insana qətlə yetirmək təkcə onu asmaqla, zəhərləməklə, güllələməklə olmur. Aşağıdakı cədvəl qardaşım tərəfindən dünən (18.02.2024) tərtib olunub. Özü gün ərzində 6 dəfə şəkərini ölçüb və yazıb. Mənim qardaşımı - qanda yüksək şəkərə rəvac verib, daxili orqanlarını sıradan çıxarmaqla öldürməyə (və ya yarımcan hala salmağa) çalışırlar.

Buyruq qulları - qardaşımın ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülməsinə imkan verməyən Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov və gündə ən azı 2 saatlıq gəzinti hüququna veto qoyan Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov isə beynəlxalq təşkilatlara və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sənədlərdə və yerli mətbuata açıqlamalarında analiz və müayinə göstəricilərini saxtalaşdırmaqla məşğuldurlar.

18.02.2024-cü il tarixdə professor Qubad İbadoğlunun şəkəri belə olub:

- Səhər saat 8-də (acqarına) – 224 mg/dl

- Saat 10-da (səhər yeməyindən 2 saat sonra) – 303 mg/dl

- Saat 19-da (günorta yeməyindən 2 saat sonra) – 301 mg/dl

- Saat 21-də (günorta yeməyindən 4 saat sonra) – 332 mg/dl

- Saat 23-də (günorta yeməyindən 6 saat sonra) – 301 mg/dl

- Gecə saat 03.00-da (19.02.2024) – 250 mg/dl

Qalıb Toğrul