AZƏRBAYCANLI PROFESSORUN HƏBSİ BEYNƏLXLAQ MƏTBUATIN DİQQƏTİNDƏDİR

https://globalvoices.org saytı professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı geniş məqalə dərc edib. Məqalə “Təndiqi səslərin Azərbaycansayağı susdurulması: Qubad İbadoğlu nümunəsi” (Azerbaijan's measure to silence critics: The case of Gubad Ibadoglu) adlanır.

Məqalədə 52 yaşlı Qubad İbadoğlunun dünyada tanlnmış alim və iqtisadçı olması, son 2 ildə London İqtisad Məktəbində çalışması, 7 ay əvvəl Azərbaycana qayıtdıqdan bir neçə gün sonra şübhəli ittihamlarla həbs olunması, hazırda səhhətinin kritik dərəcədə pisləşməsi barədə məlumat verilir:

“Onun əsas araşdırmaları “neft kapitalizmi” - postsovet ölkələrində korrupsiya və avtoritarizmi qidalandıran neft və qaz gəlirləri - barədədir. Son araşdırmalarının birində İbadoğlu neft gəlirlərinin azadlıq və demokratiyanı necə məhdudlaşdırmasından bəhs edir.”

Məqalədə Qubad İbadoğlunun xüsusi zorakılıqla həbs olunması, ona qarşı irəli sürülən ittihamların saxta və gülünc olması, Avropa Birliyi, ABŞ, Almaniya kimi ölkələr və tanınmış beynəlxlaq təşkilatlar tərəfindən professora verilən beynəlxalq dəstəyin müntəzəmliyi barədə geniş danşılır.

Məqalənin hazırlanmasında professorun qızı, hüquq müdafiəçisi Jalə Bayramovanın və vəkili Zibeydə Sadıqovanın fikirlərindən istifadə olunub.