Nyu-York Vəkillər Assosiasiyası (New York City Bar Association) dünya şöhrətli alim, hüquq müdafiəçisi, tanınmış müxalif siyasətçi, professor Qubad İbadoğlunun qanunsuz həbsini və ona tibbi yardım göstərilməməsini şiddətlə qınayan bəyanat verib.
Bəyanatda yazılır:
- Qubad İbadoğlu partiya kimi qeydiyyatından imtina edilmiş müxalif mövqeli Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. Eyni zamanda, Böyük Britaniyada əsas qoyulmuş Azərbaycan Gənclərinin Təhsil Fondunun həmtəsisçisidir.
2015-ci ildə Azərbaycan hakimiyyəti İbadoğlunun rəhbrəlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin hesablarını dondurub. Avropa İnsan Hüquqları Məhkəməsi verilmiş vəsatətə əsasında məsələyə baxıb və Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1-ci protokolunun 1-ci maddəsini pozması haqqında qərar çıxarıb.
Doktor İbadoğlu 2017-ci ildən Azərbaycandan kənarda yaşayıb. 30 iyun 2023-cü ildə xəstə anasına baş çəkmək üçün Azərbaycana qayıdıb. 23 iyul 2023-cü ildə həyat yoldaşı ilə maşınla gedərkən mülki geyimli polislər tərəfindən mühasirəyə alınıb və onlara hücum edilib. Qubad İbadoğlu saxta pulların saxlanması və ekstermist dini materialların yayılması kimi qurama ittihamlarla təqsirləndirilir.
Doktor İbadoğlunun sağlamlığında ciddi problemlər var, şəkərli diabet, aortanın anevrizması, bel-oma ağrıları səbəbindən gündə bir neçə dəfə dərman qəbul edir, onun təcridxana şəraitində səhhəti kəskin pisləşib. Ev dustağlığına buraxılmaqla bağlı vəkillərin vəsatəti Azərbaycan məhkəmələri tərəfindən bir neçə dəfə rədd olunub.
Amnesty International-ın məlumatına görə, İbadoğlunun ədalətli məhkəmə araşdırması hüququ saya sayılmır, vəkilləri ilə telefonla danışmaq, ailə üzvləri ilə təklikdə görüşmək hüquqları pozulur. Professorun vəkillərinin izlənilməsi və inzibati məsuliyyətə cəlb edilməsi təhlükəsi Qubad İbadoğlunun həbsinin siyasi motivli olmasına dəlalət edir və ədalətli məhkəmə araşdırmasının yoxluğu ciddi narahatlıq doğurur.
Assosiasiya Azərbaycan hakimiyyətini aşağıdakılara əməl etməyə çağırır:
1. Demokratiya və insan hüquqları uğrundakı fəaliyyətinə görə cəzalandırılan professor Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azad edilsin;
2. Qubad İbadoğlunun və Azərbaycandakı digər hüququ müdafiəçilərinin bütün vəziyyətlərdə fiziki toxunulmazlığına, tibbi təminatına və psixoloji rifahına əməl olunsun;
3. Doktor İbadoğlunun və Azərbaycandakı digər hüququ müdafiəçilərinin izlənilməsi, qorxudulması və qanunsuz həbsdə saxlanılması kimi hərəkətlərə son qoyulsun.
New-York Vəkillər Assosiasiyası BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisini və digər oxşar mandat sahiblərini birlikdə Azərbaycan hakimiyyətinə məktub göndərərək BMT-nin İnsan Hüquqları Müdafiəçiləri Haqqında Bəyannaməsinə (U.N. Declaration on Human Rights Defenders) sadiqlik göstərməyi tələb etməyə çağırır.
Bəyanatin linki şərhdə