İtaliyann Europa.today.it nəşri dünya şöhrətli azərbaycanlı iqtisadçı (ifadə nəşrə məxsusdur – red.), professor Qubad İbadoğlunun həbsi ilə bağlı məqalə dərc edib. Məqalədə Qubad İbadoğlunun qanunsuz həbsu, ona qarşı elan edilmiş saxta ittihamlar, səhhətinin ağır olması, Azərbaycan hökumətinin onu müalicə etməməsi ilə bağlı geniş məlumat verilir.
Nəşrə danışan Qubad İbadoğlunun qızı Jalə Bayramova deyib ki, mənim atam Qarabağın bərpası üçün nəzərdə tutulmuş ictimai vəsaitlərin oğurlanması və Rusiya neftinin gizli yollarla Avropaya satılması sahəsində apardığı araşdırmalar səbəbindən həbsxanada yatır: “London İqtisad Məktəbinin 52 yaşlı professoru hesab edirdi ki, Azərbaycan qazının Rusiya qazına alternativ olması real deyil və bunu iqtisadi cəhətdən (rəqəmlərlə) əsaslandırırdı. Azərbaycan Rusiya və Türkmənistan qazı olmadan Avropa qarşısındakı öhdəliklərini yerinə yetirə bilməz.”
Jalə Bayramova atasının səhhəti ilə bağlı çox narahatdır: “Atam şəkərli diabetdən və ciddi ürək xəstəliyindən əziyyət çəkir. Onun səhhəti təcridxanada kəskin şəkildə pisləşib. Atam güclə hərəkət edir, ona tibbi yardım göstərməkdən imtina edilib. Hətta Qızıl Xaçı belə onun yanına buraxmırlar.”
Məqalədə professor Qubad İbadoğlunun həbsdən azad olunması ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamədən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından da geniş bəhs edilir.

Məqalənin linki şərhdə.

https://europa.today.it/attualita/azerbaigian-gas-europa-diritti-umani-Zhala-Bayramova-Gubad-Ibadoghlu.html?fbclid=IwAR1BaYT9Pkgd_sCa6qPOd_wnY3eB_LKbJbDwgHGXgDy5rPtulbpS8YeVBKU