ABŞ Senatının Xarici Əlaqələr Komitəsi (Senate Foreign Relations Committee) bu gün London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə bağlı 2 tvit paylaşıb (Komitənin sədr senator Ben Cardindir):
Birinci tvit: Azərbaycanda dinc islahatların keçirilməsi tərəfdarı olan doktor Qubad İbadoğlu 2023-cü ilin iyulunda ədalətsiz şəkildə həbs olunub. Komitənin sədri Ben Cardin bu günlərdə etdiyi paylaşımda İbadoğlunun həbsini “biabırçı” adlandırıb və təkidlə Azərbaycanı “dərhal professoru həbsdən azad etməyə” çağırıb.
İkinci tvit: Doktor Qubad İbadoğlunun istintaq müddəti əsassız olaraq uzadılıb. Onun səhhəti çox zəifləyib və ona tibbi yardım göstərməkdən imtina olunub. İnsan hüquqları müdafiəçisinin yeri dəmir barmaqlıqlar arxası deyil. Senator Ben Cardin bir daha Prezident Əliyevi Qubad İbadoğlunu azad etməyə çağırır.