İsveç parlamentinin üzvü Erik Hellsborn öz ölkəsinin xarici işlər naziri Tobias Billströma London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə bağlı sual ünvanlamışdı. Bu barədə bir neçə gün öncə məlumat vermişdim.
Nazir deputatın sualını cavablandırıb:
“Erik Hellsborn məndən soruşmuşdu ki, mən və İsveç hökuməti professor Qubad İbadoğlunun azad edilməsı və adekvat tibbi yardımla əhatə olunması ilə bağlı nə etmişik.
İnsan hüquqlarına hörmət İsveç üçün bütün beynəlxalq münasibətlərin məhək daşıdır. İsveç hökuməti Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsi ilə bağlı xəbərlərdən çox narahatdır.
İsveç hökumətinin nümayəndələri bizi məsələ ilə bağlı mütəmadi məlumatlandıran Qubad İbadoğlunun qohumları ilə daimi əlaqədədir.
İsveç Bakıdakı səfirliyi vasitəsilə Qubad İbadoğlunun azadlığı məsələsini Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurları qarşısında qaldırıb. Mən özüm də 30 noyabr 2023-cü ildə ATƏT ölkələri nazirlərinin tədbirində bu məsələni Azərbaycanın xarici işlər naziri ilə görüşümdə müzakirə etmişəm və bildirmişəm ki, hər şeydən öncə Qubad İbadoğluna adekvat tibbi yardım göstərmək çox vacidbir.”