NİYƏ BAERBOCK DREZDENLİ PROFESSOR ÜÇÜN MÜBARİZƏ APARMIR?
Dünyanın ən böyük qəzetlərindən biri olan Almaniyanın “Bild” qəzeti London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə bağlı təsirli məqalə dərc edib:
- Bu gün xarici işlər naziri Annalena Baerbock 2 günlük sülh danışıqları çərçivəsində Azərbaycandan və Ermənistandan olan həmkarlarını qəbul edib. Azərbaycan ordusunun Dağlıq Qarabağa daxil olmasından sonra yeni müharibə təhlükəsi var. Ancaq Azərbaycan nümayəndəsi ilə danışıqlar bir başqa səbəbdən Annalena üçün daha həssasdır: ötən il Azərbaycandakı rejim Bakıda professor oğurlayıb. Oğurlanan professor indi həbsxanada olmaq yerinə Drezden Texniki Universitetində tədqiqat aparmalı idi.
Professor Qubad İbadoğlu Azərbaycandakı rejimin Avropa Birliyinin sanksiyasından yayınmaq istəyən Putinlə əməkdaşlıq etdiyini araşdırıb.
Məqalədə professorun qızı Jalə Bayramovaya istinadən Qubad İbadoğluna elan olunmuş saxta ittihamlar, onun dözülməz saxlanma şəraiti, səhhətinin kritik olması, müalicə edilməməsi barədə ətraflı məlumat verilib:
- Avropa Parlamenti Qubad İbadoğlunun azad olunması ilə bağlı qətnamə qəbul etsə də, Almaniyanın xarici işlər naziri özünü təəccüblü dərcədə çox ehtiyatlı aparır. Düzdür, Qubad İbadoğlu Almaniya vətəndaşı deyil, ancaq o, Azərbaycanda həbsdə olan dünyanın məşhur şəxslərindəndir, eyni zamanda, professorun pedaqoji fəaliyyət səbəbindən Almaniya ilə əlaqəsi var. Alman diplomatlar Azərbaycandakı rejimə təsir etmək üçün təsirli vasitələrdən (alətlərdən) istifadə etmirlər.
Yazıda Drezden Texniki Universitetinin professoru Marcel Thumun da fikirlərinə yer verilib:
- Yaxşı olardı ki, alman diplomatlar əsas diqqəti Qubad İbadoğlunun azad olunmasının uzanmasına və ona tibbi yardım göstərilməməsinə yönəltsinlər. Qubad İbadoğludan istifadə edin. O, alimdir, özü də bütün dünyada tanınmış alimdir, mən çox böyük səbrsizliklə onunla birlikdə Drezden Texniki Universitetində tədqiqiatlar aparacağım günü gözləyirəm. Ancaq hələki biz onun həyatına olan təhlükəyə görə böyük narahatlıq içindəyik.