ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası (Tom Lantos Human Rights Commission) bu gün (2 mart 2024) ABŞ-da başqa ölkələrdən olan şəxslərə qarşı törədilən repressiv addımları müzakirə edib.
Nümayəndələr Palatasının üzvü, Komissiyanın həmsədri Chris Smith Azərbaycanda qeyri-qanuni həbsxanaya salınmış professor Qubad İbadoğlu ilə bağlı kəskin çıxış edib.
Chris Smith çıxışında Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu dərhal qeyd-şərtsiz azad etməyə çağırıb və professorun oğlu Emin Bayramlının ABŞ-da təqib olunmasını pisləyib.