Konqresmen Jamie Raskinin Konqresdəki çıxışından:
Cənab spiker, bu gün mən bir məsələsini qaldırmaq istəyirəm. Gəlin, mətin demokratiya fəalı, parlaq iqtisadçı, gözəl ata və həyat yoldaşı olan, ədalətsiz şəkildə 7 aydan çox həbsdə saxlanılan professor Qubad İbadoğlunun azad olunması üçün Azərbaycan hakimiyyətinə çağırış edək.
23 iyul 2023-cü ildə professor İbadoğlu və onun həyata yoldaşı Bakı yaxınlığında maskalı şəxslər tərəfindən saxlanılıb və onlara qarşı zorakılıq tətbiq olunub. London İqtisad Məktəbində çalışan İbadoğlu yenicə Azərbaycana qayıtmışdı ki, xəstə anasına baş çəksin. Onun həyat yoldaşını bir neçə saatdan sonra azad etsələr də, özünü hələ də saxta ittihamlarla həbsdə saxlayırlar...
İbadoğlunun yeganə “cinayəti” Azərbaycandakı hazırki rejimə qarşı olması, demokratiyaya, insan hüquq və azadlıqlarına və korrupsiyaya qarşı mübarizəyə sadiqliyidir...
Bütün dünyada məşhur iqtisadçı kimi tanınan professor İbadoğlu Şimali Karolina (University of North Carolina at Chapel Hill), Dyuk (Duke University) və Ratgers (Rutgers University) universitetlərində də çalışıb, 2015-ci ildə Fulbright proqramının təqaüdçüsü olub...
Həbsdə olduğu 7 ayda ona qarşı qeyri-insani rəftar olunub, həyati əhəmiyyətli dərmanlara çıxışına imkan verilməyib. Professor Qubad İbadoğlunun ailəsi onun müayinə və müalicə olunmamasından narahatdır, onun bir çox xroniki xəstəlikləri var.
Bundan əlavə, o vəkilləri ilə telefon əlaqəsi yarada bilmir, həbsdə olduğu müddətdə ədalətsiz məhkəmə araşdırması ilə üz-üzə qalıb...
Mən Konqressin üzvləri ilə həmrəyəm, biz ABŞ Dövlət Departamentinə, ABŞ-ın Bakıdakı Səfirliyinə, Avropa Parlamentinə və beynəlxlaq ictimaiyyətə qoşularaq professorun səhhətindən dərin narahatlıq keçirir, onun təcili azad olunmasını tələb edirik.
06 mart 2024
Çıxışın tam mətni şərhdə.
QEYD: FB hesabıma məhdudiyyət qoyulduğundan bir neçə gündür ki, paylaşım edə bilmirdim.
Qalib Toğrul