Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün (EITI - Extractive Industries Transparency Initiative) İdarə Heyətinin sədri, Yeni Zelandiyanın keçmiş baş naziri Helen Clark Azərbaycan Respublikasının Prezdienti İlham Əliyevə məktub yazıb.

Məktubda professor Qubad İbadoğlunun dünyda şəffaflıq və hesabatlılıq hərəkatının aparıcı müdafiəçilərindən olduğu, 2013-cü ildən 2019-cu ilədək beynəlxlaq idarə heyətində təmsil olunduğu ifadə edilir:

“Professor Qubad İbadoğlunun həbsi və səhhətinin kəskin pisləşməsi EITI-ın maraqlı tərəflərinin və beynəlxlaq ictimaiyyətin tanınmış nümayəndələrinin dərin narahatlığına səbəb olub”.

Məktubda Azərbaycanın təşəbbüsü tərk etdiyi 2017-ci ilədək EITI platformasında aparıcı rola malik olmasından da bəhs edilir. Eyni zamanda 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransının Azərbaycan üçün əsas prioritetlərindən birinin vətəndaş cəmiyyətinin müdafiəsi olması xatırladılır.

Məktubun sonunda deyilir:

“Mən Prezident Əliyevə məktub yazmaqla onun administrasiyasını Qubad İbadoğunun dərhal azad olunması istiqamətində lazımi addımları atmağa, həmçinin professora hərtərəfli tibbi yardım göstərilməsinə çağırıram”.