Şəkərin davamlı yüksək olması qardaşımın orqanizmində kəskin fəsadlar verməyə başlayıb. Qardaşımın görmə qabiliyyəti sürətlə sıradan çıxır. Artıq televizorda böyük şriftlərlə (14-15 punkt) yazılan titrləri belə 4-5 metrdən eynəksiz oxuya bilmir. Güman edirik ki, bu diabetik retinopatiyanın əlamətləridir. Ona görə “güman edirik” yazıram ki, qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır.

Ailəsi olaraq böyük təşviş içindəyik, çünki endokrinoloqlar və oftalmoloqlar yaxşı bilirlər ki, qanda şəkərin miqdarının davamlı şəkildə yüksək olması gözün sinir qatında (torlu qişada) degenerativ proseslərin getməsinə şərait yaradır: kapilyarları partladır, qansızmalar yaradır, damar keçiriciliyini azaldır, sarı ləkə bölgəsində maye yığılmasına və kapilyarların tıxanmasına səbəb olur. Torlu qişanın bu şəkildə sıradan çıxması geri dönüşü olmayan bir prosesdir. Gecikmə qardaşımın görmə qabiliyyətini tamamilə və həmişəlik itirməsinə səbəb ola bilər.

Qardaşımın digər orqanlarında (böyrəyində, qaraciyərində, ürək-damar sistemində) gedən qorxulu proseslərdən xəbərsizik, çünki sistemli və dərinləşdirilmiş müayinə və analizlər aparılmır. Bütün bunlara baxmayaraq Ədliyyə Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi sənədlərdə yenə də qardaşımın səhhəti ilə bağlı həqəqiəti əks etdirməyən analiz və müayinə göstəriciləri və peşəsinə (vicdanına) xəyanət edən həkim rəyləri yer alır.

Qeyd etdiklərimlə yanaşı, qardaşım səbəbi bilinməyən xroniki yorğunluqdan, halsızlıqdan və səngiməyən başağrılarından əziyyət çəkir.

Narahatlığımız artıq pik səviyyəsindədir!

Heç kimə ümidimiz qalmayıb!

May be an image of 1 person

Qalib Toğrul