Professor Qubad İbadoğlunun müdafiəsinə qoşulan dünya şöhrətli universitet və professorların sayı artır. Böyük Britaniyanın iki nüfuzlu universiteti də qanunsuz həbsdə saxlanılan professor həmkarlarının azad olunması ilə bağlı rəsmi mövqe ifadə ediblər.

London İqtisadi və Siyasi Elmlər Məktəbi (The London School of Economics and Political Science) və Oksford Universiteti (Oxford University) həbsindən 250 gün ötən professor Qubad İbadoğlunun azad olunması prosesinə töhfə verməsi xahişi ilə Böyük Britaniyanın xarici işlər naziri David Cameron-a müraciət ünvanlayıblar.

Müraciətdə Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsi, həyati təhlükəsinin davam etdiyi vurğulanır və onun tezliklə həbsdən azad olunması üçün Böyük Britaniya hökumətinin əlindən gələni etməsinə çağırış olunur.

Qalib Toğrul