London İqtisad Məktəbinin (LSE) və Drezden Texniki Universitetinin professoru, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlunun azadlığa buraxılması üçün vaxtilə çalışdığı universitetlərin professorlarının həmrəylik hərəkatı davam edir.
Bu dəfə ABŞ-dakı 2 universitetin - Duke University və University of North Carolina at Chapel Hill-in professorları Qubad İbadoğlunun azadlığa buraxılmasına yardım etməsi üçün ABŞ dövlət katibi Antony Blinken-ə müraciət ünvanlayıblar.
Müraciətdə vaxtilə qeyd olunan 2 universitetdə çalışmış görkəmli iqtisadçı Qubad İbadoğlunun qanunsuz həbsindən 250 gün ötdüyü, səhhətinin ağır vəziyyətdə olması, Beynəlxalq Qızıl Xaçın onu ziyarət etməsinə imkan verilməməsi xatırladılır və bütün beynəlxlaq təşkilatlar və hökumətlərin professorun azadlığa buraxılması və ona adekvat tibbi yardım göstərilməsi və ədalətli və şəffaf məhkəmə üçün hərəkətə keçmələrinə çağırış olunur:
“Bu müraciətə imza atmış hər kəsin vaxtilə universitetimizin professor olmuş, mühazirələr oxumuş, tədqiqiatlar aparmış Qubad İbadoğlu ilə bağlı gözəl xatirələri var. Biz bilirik ki, o, Azərbaycanda neft gəlirlərinin xalqın rifahı naminə şəffaf xərclənməsini tələb edən prinsipal adamdır. Biz onun tədqiqatları ilə fəxr edir və hazırda məruz qaldığı əzab-zəiyyətlərə görə kədərlənirik”.
Müraciətdə ABŞ-lı alimlərin professor Qubad İbadoğlunun həbsdən azad olunması ilə bağlı dəfələrlə Azərbaycan hökumətinə çağırış etdikləri, lakin bunun nəticəsiz qaldığı da vurğulanır.
Professorlar “gözəl alim və gözəl vətəndaş Qubad İbadoğlu ilə həmrəylik naminə” məktuba imza atdıqlarını vurğulayırlar.
Məktubun tam mətni ilə şərhdəki linkdən tanış ola bilərsiniz.
Müraciəti aşağıdakı 22 professor imzalayıb:
1. Patrick Conway, Professor of Economics University of North Carolina at Chapel Hill
2. Charles Becker, Research Professor of Economics Duke University
3. Edna Andrews, Professor of Linguistics & Cultural Anthropology Duke University
4. Nancy &Jeffrey Marcus Professor Chair, Linguistics Program Duke University
5. Chad C. Bryant, Professor of History University of North Carolina at Chapel Hill
6. A. Craig Burnside, Mary Grace Wilson Distinguished Professor of Economics Duke University
7. Bruce Caldwell, Research Professor of Economics Duke University
8. Jeffrey DeSimone, Professor of the Practice of Economics Duke University
9. Robert Jenkins, Teaching Professor of Political Science University of North Carolina at Chapel Hill
10. Timur Kuran, Professor of Economics and Political Science
11. Gorter Family, Professor of Islamic Studies Duke University
12. Michael C. Munger, Professor of Political Science Duke University
13. Thomas J. Nechyba, Professor of Economics Duke University
14. Michael Newcity, J.D., Duke University
15. Graeme Robertson, Professor of Political Science University of North Carolina at Chapel Hill
16. Steven Rosefielde, Professor of Economics University of North Carolina at Chapel Hill
17. Nelson B. Valente de Sa, Assistant Professor of the Practice of Economics Duke University
18. Eren Tasar, Associate Professor of History University of North Carolina at Chapel Hill
19. Edward Tower, Professor of Economics Emeritus Duke University
20. Milada Vachudova, Professor of Political Science University of North Carolina at Chapel Hill
21. Erika Weinthal, Professor of Environmental Policy and Public Policy Duke University
22. Pengpeng Xiao, Assistant Professor of Economics Duke University
Qalib Toğrul