Almaniyanın “Frankfurter Rundschau” nəşri Drezden Texniki Universitetinin və London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı məqalə dərc edib. Məqalədə professorun qızı Jalə Bayramovanın fikirlərinə yer verilib.

Məqalədən bəzi hissələri təqdim edirəm:

Jalə Bayramova ilə Berlində, Alexanderplatz kafesində görüşdük. O, demək olar ki, fasiləsiz bir saat danışdı. Danışığı çox məzmunlu və strukturlaşdırılmış idi. Təsvir elədiyi hər problemlə bağlı yanında gətirdiyi iki qovluqdan qəzetlərin surətini və lazımi sənədləri çıxarıb göstərir. Jalə ofisiantın qarşısına qoyduğu kofeyə toxunmur. Bu gənc xanımın kofe içə-içə aristokrat cəmiyyətdən danışmağa vaxtı yoxdur. O, ağır xəstə olan atasının həbsdən azad olunması uğrunda mübarizə aparır. Onun atası məşhur professor Qubad İbadoğludur. O, ABŞ-dakı və London İqtisad Məktəbindəki pedaqoji fəaliyyətindən sonra ötən ilin oktyabrında Drezden Texniki Universitetində tədqiqatla məşğul olmalı idi. Ancaq hələ də bura gəlib çıxa bilməyib.

Jalə danışır:

“... Atam Bakıya xəstə nənəmə baş çəkməyə getmişdi. Orda onun maşınını arxadan və öndən bir neçə avtomobil kəsdi və atamı zorla maşından düşürdülər. Mənim anam maşında otrurub qışqırırdı. Onu da atamla birlikdə oğurlayıb, döydülər.”

Jalə plastik qovluqdan əzilmiş bir şəkil çıxarıb stolun üstünə qoyur. Şəkildə bir neçə şəxsin Qubad İbadoğlunu zorla maşına mindirdiyi görünür.

...Qubad İbadoğlunun Azərbaycan xüsusi xidmət orqanlarının radarına düşməsinə onun araşdırmaları səbəb olub. İqtisadçı uzun illər Qafqaz ölkələrinin iqtisadiyyatı ilə məşğul olub, Azərbaycandakı və digər post-sovet ölkələrindəki korrupsiyanı araşdırıb. Onun məqalələrindən çıxan nəticələrə görə, neftlə zəngin ölkələrdə şəffaflığın olmaması demokratiyaya maneələr yaradır.

... Hazırda Azərbaycanın qərbli deputatlara böyük məbləğdə rüşvət verməsi ilə bağlı təkzibolunmaz faktlar var. Hətta alman deputatları da rüşvətlə ələ alıblar. Bunun müqabilində onlar Azərbaycanda seçkiləri müşahidə edib, hər şeyin qanunlara uyğun keçirilməsi ilə bağlı yalançı rəy veriblər.

…Son vaxtlar Azərbaycan hakimiyyəti ciddi diplomatik uğursuzluqlarla üzləşib. Ölkə Avropa Şurası Parlament Assambleyasından xaric olunub. Uzun illər bu rejimi tənqid edənlərdən biri də Bundestaqın deputatı Frank Şvabedir. Onun sözlərinə görə İlham Əliyev Avropa siyasi arenasına qayıtmaq üçün lobbiçiliyə böyük güc sərf edir:

“Avropa Şurasından çıxmaqla bağlı təhlükə yoxdur, əksinə Azərbaycan bütün diplomatik addımları atır ki, mümkün qədər tez Avropa Şurasına qayıtsın. Yanvardan Azərbaycanda vəziyyət kəskin pisləşib. Siyasi məhbusların azad olunması Avropa Şurasına qayıtmaq üçün düzgün addım olardı. Ancaq, təəssüf ki, Azərbaycan bu addımı atmadı”.

Qubad İbadoğlunun azad olunması üçün böyük işlər görülür: Onun təcili tibbi yardıma ehtiyacının olması ilə bağlı tibbi rəy var. Avropa Parlamenti professorun azadlığa buraxılması ilə bağlı qətnamə qəbul edib. Drezden Texniki Universiteti onun azadlığa buraxılması üçün petisiya təşkil edib. Birinci gün (15 aprel 2024-cü ildə artıq keçirilib – red.) Drezdendə professor Qubad İbadoğlu ilə bağlı tədbir keçiriləcək. Jalə Bayramova orda iştirak edəcək.

“Biz təslim olmayacağıq”, ayrılanda Jalənin son sözü belə oldu.

Məqalənin tam mətni şərhdəki linkdə

Qalıb Toğrul

May be an image of 2 people and text