Bu gün Bakı İstintaq Təcridxanasında “Bandotdel”in baş müstəntiqi Yusif Yusifov vəkillər Zibeydə Sadıqova, Şəhla Hümbətova və Bəhruz Bayramovun iştirakı ilə professor Qubad İbadoğluna yekun ittihamı elan edib.

Qardaşım bütün dünyanın – qərb ölkələri parlamentlərinin və hökumətlərinin, universitetlərin və beynəlxlaq təşkilatların sarkazmla yanaşdığı qurama ittihamlarla təqsirləndirilir: dini ekstermizm (167-3.1) və saxta pul kəsmək (204.3.1).

Qeyd edim ki, son 6 ayda qardaşımın işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb, ancaq istintaq müddəti əsassız olaraq 2 dəfə uzadılıb.

Qalıb Toğrul