ADR Partiyasının sədrinin xaricdə yaşayan soydaşlarımızla iş üzrə müşaviri Sevinc İsgəndərovanın təşkilatçılığı ilə Almaniyanın Bochum şəhərində keçirilən toplantıda gənclərlə görüşən ADR Partiyasının sədri Qubad İbadoğlu avtoritar Əliyev rejiminin siyasi mahiyyətini, onu yaradan səbəbləri, yaşadan motivləri, dəyişikliklərə gətirib çıxaran amilləri və şərtləri, arzuladığımız azad, demokratik və firavan Azərbaycan üçün nəzərdə tutduğumuz inkişaf modelini geniş müzakirə edib.