Avropa Parlamentinin deputatı Anja Haga London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə bağlı Avropa Komissiyasına 3 sual ünvanlayıb.

Anja Haga yazır:

“2023-cü ilin sentyabrında Avropa Parlamenti Azərbaycanda siyasi məhbus olan Qubad İbadoğlunun işi ilə bağlı təcili qətnamə qəbul edib. Professor Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub və hələ də həbsxanadadır. Onun həbsi və həbsdə saxlanılması qurama və siyasi motivlidir. Son günlər gələn xəbərlər göstərir ki, Azərbaycan hökuməti ona adekvat tibbi yardım göstərmir.

1. Komissiyanın vitse-prezidenti/Birliyin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi bu barədə məlumatlıdırlarmı və ya hansı tezlikdə məlumat alırlar?

2. Avropa Birliyi Qubad İbadoğlunun müdafiəsi və onun adekvat tibbi yardımla əhatə olunması üçün diplomatik yollarla mümkün qədər tez nə etməyi planlaşdırır?

3. Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı olan şəxslərə qarşı yönələn sanksiya məsələsinə baxacaqmı?”

Link şərhdə

May be an image of 1 person