Avropa Parlamentinin Almaniyadan olan deputatı Udo Bullmann London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunu müdafiə edən status paylaşıb:

“Doktor Qubad İbadoğlu hakim elitanın korrupsiyaya qurşanması ilə bağlı tədiqiqatlarına görə Azərbaycanda həbsxanaya salınıb. Mən bu gün Qubad İbadoğlunun atasının azadlığı uğrunda mübarizə aparan sədaqətli qızı ilə görüşdüm. Qubad İbadoğlunun səhhəti təhlükəli həddə pisləşib.

Avropa Birliyi professorun müalicəsi və azadlığı üçün bütün təsir vasitələrini işə salmalıdır .”