Dostlar, son iki gün FB hesabıma məhdudiyyət qoyulduğundan paylaşım edə bilmirdim. Sevincimi Sizinlə isti-isti bölüşə bilmədim, Qismət beləymiş, təki sevinc real həyatda həmişə yanımızda olsun!

İlk növbədə, Qubad müəllimin azadlığa çıxmasında əməyi olan hər kəsə təşəkkür edirəm. İstidə-soyuqda məhkəmələrin qarşısına gəlib dəstək verən fədakar (sadə) insanlara, azad media mənsublarına, zəng edən, sosial şəbəkələrdə status paylaşan, messencerə yazan, dua edən - bir sözlə, qardaşımın günahsızlığına zərrəcə şübhəsi olmayan və ona özü kimi güvənənlərə minnətdaram!

Təbriklərinizə, xoş sözlərinizə görə isə dönə-dönə təşəkkür edirəm!

Bu iki gündə gücüm çatdığı qədər hamının telefonlarına, mesajlarına cavab verməyə çalışdım, ancaq bilirəm ki, cavab verə bilmədiklərim də var, onlardan məni 9 aydır təşnə olduğum sevincimə bağışlamalarını təvəqqə edirəm.

Galib Toghrul