Amerika senatoru Dik Durbin Azərbaycanda müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını alqışlayıb və ona qarşı ittihamları tamamilə ləğv etməyə çağırıb.
"Azərbaycan hökumətinin Qubad İbadoğlunu ev dustalığına keçirmək qərarını alqışlayıram, bu, onun vacib tibbi yardımı almasına imkan verəcək.
Ümid edirəm ki, ona tam azadlıq və səyahət etmək azadlığı vermək üçün bu əfv genişləndirilə bilər", deyə Durbin X platformasında yazıb.
* 23 iyul 2023-cü il tarixində Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu CM-in 204.3.1 (saxta pulların satışı) və 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddələri ilə 3 ay 26 gün müddətinə həbs edib.
ABŞ Dövlət Departamenti də daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.
22 aprel 2024-cü il tarixində məhkəmə müdafiə tərəfinin İbadoğlunun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin edib.