88 ölkədən 240 beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı, alim və hüquq müdafiəçisi korrupsiyaya qarşı mübarizə üzrə ekspert, Azərbaycanda ev dustaqlığında olan Qubad İbadoğlunun azad edilməsini tələb edən müraciət imzalayıblar.

Müraciətdə uzun illər BMT-nin Anti-korrupsiya Koalisiyasının (UNCAC) eksperti, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) Beynəlxalq İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərmiş görkəmli anti-korrupsiya mütəxəssisi Qubad İbadoğlunun əsassız həbsindən və bu istiqamətdə ittihamlara xitam verilməməsindən dərin narahatlıq ifadə olunub.

Müraciəti imzalayanlar bu ilin sonunda Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək Azərbaycan hakimiyyətini ədalət mühakiməsinin və insan hüquqlarının həyata keçirilməsində lazımi proseslə bağlı öhdəliklərinə, o cümlədən Ümumdünya Universal İnsan Hüquqları Bəyannaməsinin 9 və 10-cu maddələrinə, Mülki və Siyasi Hüquqlar haqqında Paktı Beynəlxalq Konvensiyanın 9.3-cü maddəsinə və BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının 13-cü Maddəsinə hörmət etməli olduğunu xatırladır, Azərbaycan hakimiyyətini professor Qubad İbadoğlunu qeyd-şərtsiz və dərhal azad etməyə çağırıblar.

Müraciəti Beynəlxalq Şəffaflıq (Tİ), Ödədiyini Açıqla (PWYP), Global Witness, EITI, Article 19 və digər şəffaflıq və hesabatlığı tələb edən beynəlxalq anti-korrupsiya təşkilatları və mütəxəssisləri ilə yanaşı, insan haqları müdafiəçiləri və ABŞ, Böyük Britaniya, Almaniya və Fransa Universitetlərinin professorları da imzalayıb. Tam siyahı ilə şərh bölməsindəki linkdən tanış ola bilərsiniz.

Müraciətin mətni Birləşmiş Millətlət Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası üzrə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq koalisiyasının saytında dərc edilib.

May be an image of 1 person