Qardaşımın döş qəfəsini kompüter tomoqrafiyası (KT), bel-oma nahiyəsini maqnit-rezonans tomoqrafiya (MRT) etdirə bimlrik. Səbəb ayağına vurulan elektron qandaldır. Bu cihazla qeyd olunan instrumental müayinələri aparmaq mümkün deyil.
Elektron qandalın açılması ilə bağlı bu gün vəkil Zibeydə Sadıqovanın Nərimanov Məhkəməsinə verdiyi vəsatəti hakim Gültəkin Əsədova təmin etmədi.
Qərardan Apellyasiya şikayəti verəcəyik. Çünki qandal səbəbindən qardaşımın həyati vacib müayinələri ləngiyir.