Apellyasiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin qardaşımın ayağından elektron qolbağın açılması ilə bağlı verdiyimiz şikayətin təmin edilməməsi haqda 07 may 2024-cü il tarixli qərarından (hakim Gültəkin Əsədova) vəkillərin verdiyi apellyasiya şikayətinə (hakim Sabit Bəhramzadə) baxılıb.

Məhkəmə Qubad müəllimin iştirakı olmadan keçirilib.

Qeyd edim ki, qardaşımın ayağındakı elektron qolbaq MRT və KT müayinələrinin aparılması üçün başlıca məhdudiyyət yaradan amildir. Ancaq təəssüf ki, Apellyasiya Məhkəməsi də Nərimanov Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hazırda qardaşımın işi ilə bağlı qeyri-müəyyənlik davam edir. Mayın 20-də həbs-qəti imkan tədbirinin müddəti bitsə də növbəti məhkəmə prosesinin vaxtı bilinmir.