Amerikalı senator Marko Rubio Azərbaycanda müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğluna qarşı cinayət işinin tam xitam verilməsinə çağırıb. Bu barədə senator X sosial platformasında yazıb. Rubio bildirib ki, İbadoğlunun işi bir daha “dünyada azadlıq və firavanlıq üçün cəsarətlə mübarizə aparan insanların üzləşdiyi mənasız təqibləri” xatırladır.
*23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı) və 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınır.