Dünən (22 may 2024) ABŞ Dövlət Katibi Entoni Blinken (Antony Blinken) Konqresdə keçirilən "2024-cü ildə Amerika diplomatiyasının vəziyyətinə dair dinləmə"də iştirak etdikdən sonra London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun oğlu Emin Bayramlı ilə görüşüb.
Emin Bayramlı Entoni Blinkenə atasının sağlamlıq vəziyyəti, mayın 20-də qətimkan tədbirinin dəyişdirilməsi (ev dustaqlığının polis nəzarətinə vermə ilə əvəz olunması), istintaq müddətinin avqustun 20-dək uzadılması və istintaqın gedişi ilə bağlı qısa məlumat verib.