ABŞ Prezidenti Vudro Vilsonun (1913-1921) 1919-cu il sentyabrın 10-da Bismarkda (Şimali Dakota ştatı) seçicilər qarşısında çıxışı zamanı azərbaycanlı diplomatlar haqqında:

"Məsələn, nə vaxtsa Azərbaycan haqqında eşitmisiniz?

Azərbaycandan (Paris Sülh Konfransına - red.) gözəl görünüşlü bir qrup kişi gəlmişdi. Onlardan ölkələrinin harada yerləşdiyini soruşmağa cəsarət etmədim, sonra gizlicə onların harada yerləşdiyinə baxdım və Cənubi Qafqazda yerləşən, çiçəklənən bölgədə yaşadıqlarını, qədim və böyük sivilizasiyaya malik olduqlarını müəyyənləşdirdim. Bu insanların işləri barədə heç nə bilməsəm də, mənə nə dediklərini, onların nə danışdıqlarını bildiklərini anladım. Özü də onlar Amerikanın hansı dəyərlərdən yana çıxış etdiyini bilirdilər. Ancaq mən dərhal bunu müəyyən etdim: Söhbətləşdiyim bu adamlar ideyalar, hürriyət anlamları, hüquq və ədalət baxımdan mənimlə eyni dildə danışırdılar. "