Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təşəbbüsü ilə noyabrın 10-da saat 14.30-dan 17-dək  Kaspian Plazanın 1-ci korpusunun 8-ci mərtəbəsində “Caspian Platform” konfrans zalında “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatının 2-ci ildönümü: itkilər/qazanclar və gələcəyə baxış”  mövzusunda müzakirə keçirəcək. Müzakirədə siyasi partiyaların və ictimai birliklərin nümayəndələrinin,  media mənsublarının və diplomatik korpusun  təmsilçilərinin, hərbi və siyasi ekspertlərin iştirakı gözlənilir. 

Ünvan: Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, Caspian Plaza 1/8, Caspian Platforum