Professor Qubad İbadoğlunun əleyhinə saxta ifadələr verən Fazil Qasımovun qardaşı Nazim Qasımov zəng etmişdi.

Nazim Qasımov qeyd edir ki, təcridxanada qardaşı Fazil Qasımovla görüşüb.

Təqsirləndirilən şəxs Fazil Qasımov hazırda aclıq aksiyası keçirir, həbsini əsassız və sifarişli sayır.

Bundan başqa, Fazil Qasımov həbs olunduğu zaman və sonradan ağır işgəncələrə, ləyaqəti alçaldan davranışlara məruz qaldığını deyir, Qubad İbadoğlunun əleyhinə verdiyi saxta ifadələrdən imtina etdiyini söyləyir.

Düşünürəm ki, azad media, hüquq müdafiə təşkilatları, vətəndaş cəmiyyəti Fazil Qasımovun işini diqqətdə saxlamalı, dəstək verməlidir.

Çünki o, aciz durumdadır, üstəlik, saxta protokol və qərarlara sərbəst iradəsi daxilində qol çəkməyib.

Eyni zamanda, Fazil Qasımov hüquqlarını müdafiə etmək məqsədilə vəkil axtarır, hazırda çətin və müdafiəsiz vəziyyətdə olduğunu önə çəkir.

Rüfət Səfərov