Tanınmış azərbaycanlı iqtisadçı doktor Qubad İbadoğluna qlobal səviyyədə nüfuzlu universitetlərin və kolleclərin professor-müəllim heyətinin davamlı dəstəyi davam edir. ABŞ Dövlət Katibi Antoni Blinkenə ünvanlanan məktuba dünyanın 10-dan çox ölkəsindən 62 alim və insan haqları fəalı imza atıb.

Müraciətdə deyilir:

“Cənab Blinken,

Sizə tanınmış azərbaycanlı iqtisadçı professor Qubad İbadoğlu haqqında yazırıq. O, 2023-cü il iyulun 23-də Azərbaycanda saxta ittihamlarla həbs edilib və həbsxanada 274 gün acınacaqlı şəraitdə saxlanılıb. O, hazırda ev dustaqlığında və Azərbaycanda polis nəzarəti altındadır, o, 20 avqust 2024-cü ildə istintaq bitəndən sonra məhkəməyə çıxarılacaq.

Həbsdə olarkən səhhəti pisləşib. Onun ürəyindəki aorta kritik həddə qədər genişlənib, onun həyatı üçün risk hər gün artır.

Hazırda onun lazımi və adekvat tibbi yardım almaq imkanı yoxdur. Onun tibbi yardıma hədsiz ehtiyacı var, lakin o, Azərbaycan daxilində təhlükəsiz şəraitdə hərəkət edə bilmir. Ona çox ehtiyac duyduğu müvafiq tibbi yardımı almaq üçün xaricə çıxışa icazə verilməlidir. Təcili şəxsi müdaxilənizi xahiş edirik və ABŞ hökumətinin nümayəndələrini Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırırıq ki, qondarma və saxta ittihamları aradan qaldırsın, Qubad İbadoğluna qarşı ittihamlara xitam verilsin, onun səyahət qadağası ləğv edilsin və xaricdə tibbi müayinə və müalicəsinə dəstək göstərilsin”.

ABŞ Dövlət Katibi Antoni Blinkenə ünvanlanan məktuba ABŞ-dan Harvard, Yale, Columbia, Georgetown, Brown, Carnegie Mellon, Xavier, North Dakota, Pittsburg, Simon Frazer, Clark Universitetlərinin, Trinity, Hunter və Wellesley kolleclərinin, New School-un, Böyük Britaniyadan Oxford Universitetinin, Almaniyadan Bonn və Philipps Malburg universitetlərinin, Fransadan 2 universitetin, İsveçrədən Cenevrə Univesitetinin, İrlandiyadan Maynooth Universitetinin, Litvadan Avropa Humanitar

Universitetinin, CAR-dan Johannesburg Univesitetinin, Türkiyədən Abdullah Gül Universitetinin, Ukraynadan Catholic Universitetinin Polşadan Elmlər Akademiyasının 62 alimi və insan haqları fəalları

imza atıblar