“Qubad İbadoğlunun aorta damarının diametri onun həyatı üçün təhlükə yarada biləcək həddə çatıb”

Publish What You Pay (PWYP) və Crude Accountability (CA) təşkilatları 26 İyun İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Günü münasibətilə professor Qubad İbadoğlunun sağlamlıq durumu və vəziyyəti ilə bağlı dərin narahatlıqlarını ifadə edib və ehtiyacı olduğu müalicəni almaq üçün onun dərhal xaricə çıxışına icazə verməyə çağırıb:

“Professor İbadoğlu Azərbaycanın tanınmış siyasi iqtisad alimi və antikorrupsiya fəalıdır, hazırda Bakıda ev dustaqlığında saxlanılır. O 23 iyul 2023-cü ildə saxta ittihamlarla zorakılıqla həbs olunduqdan 9 ay sonra 22 aprel 2024-cü ildə istintaq təcridxanasından ev dustaqlığına buraxılıb.

Təcili cərahi müdaxilə tələb edən ürəkdə aortanın genişlənməsi xəstəliyinin şiddətlənməsinə baxmayaraq beynəlxalq standartlar pozulmaqla uzun müddət qanunsuz həbsdə saxlandığı müddətdə doktor İbadoğlunun səhhəti kəskin şəkildə pisləşib. Çoxsaylı müraciətlərə və müdaxilələrə baxmayaraq, Azərbaycan hakimiyyət orqanları İbadoğlunun müvafiq tibbi xidmətdən, o cümlədən zəruri dərmanlardan istifadə etmək imkanından mütəmadi olaraq imtina edib. ABŞ-da yaşayan kardioloqun mövcud tibbi müayinə sənədləri əsasında apardığı son tibbi qiymətləndirməyə görə Qubad İbadoğlunun aorta damarının diametri onun həyatı üçün təhlükə yarada biləcək həddə çatıb.

Azərbaycan hakimiyyətinin professor Qubad İbadoğlunun qanunsuz həbsi zamanı ona qarşı pis rəftar etməsi və onun müvafiq tibbi xidmətdən yararlanmasını təmin etməməsi BMT-nin İşgəncələrə Qarşı Konvensiyası və Azərbaycanın qoşulduğu bir çox digər beynəlxalq anti-işgəncə standartları ilə qadağan edilmiş qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya bərabərdir.

Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv dövlətlər, noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi konfransına, Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və qurumlar, və Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Azərbaycanda biznes maraqları olan şirkətlər professor İbadoğlunun təcili ehtiyac duyduğu tibbi yardımı almaq üçün xaricə maneəsiz səfər etməsini və istədiyi ölkəyə getməsini dərhal təmin etmək üçün hökumətə təzyiq etməlidir. Onlar, həmçinin Azərbaycan hakimiyyətini Qubad İbadoğluna və Azərbaycanda siyasi motivlərlə saxlanılan bir çox digər hüquq müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı bütün ittihamları ləğv etməyə və onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırmalıdırlar”.

May be an image of 1 person, dais and text