Senator Kris Van Hollen yazır:
"Qubad İbadoğlu Azərbaycanda korrupsiyanı ifşa etdiyinə görə 274 gün həbsdə yatmış hörmətli iqtisadçı və fəaldır. Dünən o, ad gününü ev dustaqlığında keçirib.
Bu, müxalifəti hər addımda əzən Əliyev rejiminin saxta işidir. Professor azad edilməlidir!"
Qeyd edək ki, senator Ben Kardin və senator Kris Van Hollendən əlavə ABŞ Konqresinin 8 senatoru və nümayəndələr palatasının 34 üzvü doktor Qubad İbadoğluya qarşı "Azərbaycan hökuməti tərəfindən rəftarını pisləyən və onun dərhal azadlığa buraxılmasını tələb edən 616 və 1012 saylı qətnamə layihələrini” imzalayıblar.